Oğlanlardan biri saxlanılıb, ikincisinin isə axtarışda olduğu bildirilir
Ağcabədi rayonunda 5-ci sinif şagirdinə təcavüz olunub.
ARANTV.AZ aznews.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə xəbər yayılıb.
Məlumata görə, 24 yaşlarında iki pedofil 5-ci sinif şagirdinə təcavüz edib. Qızın vəziyyəti yaxşı deyil, xəstəxanadadır. Oğlanlardan biri saxlanılıb, ikincisinin isə axtarışda olduğu bildirilir.
Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirov AzNews.az-a açıqlamasında məlumatın əsassız olduğunu dedi: “Rəhbərlik etdiyim xəstəxanaya belə bir xəstə gətirilməyib”.
Ağcabəd rayon Polis şöbəsindən də belə bir hadisənin olmadığını vurğulayıblar.
