Goranboyda yanğın qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, rayonun Cinli Zeynallı kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
