Travmatologiya və Ortopediya İnstitutuna yeni baş həkim təyin edilib
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna baş direktorun müavinləri təyin olunublar.
ARANTV.AZ xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) baş direktorunun müavini – baş həkim vəzifəsinə təyin edilib.
Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.

