QORXUNC OLAY: boru rəngləyən zaman yıxıldı və…

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.

Hadisə Maştağa qəsəbəsində baş verib. Zabrat qəsəbəsində yaşayan 1977-ci il təvəllüdlü Əlişan Kərimov tanışı Zaur Hüseynova məxsus fərdi yaşayış evində boruları rəngləyən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarət alan Ə.Kərimov yerindəcə keçinib.

Fakt Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırılır. (APA)