Hadisə 

Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxıb

Ağdaş rayonunda azyaşlı itkin düşüb.

 

ARANTV.AZ  xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib.

 

Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.

 

Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.

 

Müraciətlə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər