Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ömrü uzun olmasa da…

By Vüsal Rafiqoğlu
26.06.2024 4 Min Read

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Fədakar övladlarının qəhrəmanlığını yüksək qiymətləndirən xalqımız onları qürurla xatırlayır. Əsgər və zabitlərimizin, qazilərimizin fədakarlıqlarından dəfələrlə söz açan, şəhidlərimizin ruhu qarşısında həmişə baş əyən Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev də  tarixi Zəfərimizin böyük əhəmiyyətini və bütün nəsillər üçün nümunə olmasını nəzərə alaraq onların adlarının əbədiləşdirilməsinə, tarixdə əbədi yaşamalarına xüsusi diqqət ayırır. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşlərinin birində çıxışı zamanı demişdir ki, Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq: “Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı”.

Ömrü uzun olmayan belə övladlardan biri də əfsanəvi döyüşçü Natiq Səlim oğlu Qasımovdur. Qeyd edək ki, Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində  dünyaya göz açan 1971-ci il təvəllüdlü Natiq Qasımov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. O, 1992-ci ilin mart ayında Xocalı rayonunun Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsə¬si uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına düşmənə müqavimət göstərib.  Onun bu qəhrəmanlığı düşməni vahiməyə salıb. Kilsədə çoxlu döyüşçümüzün olduğunu zənn edən haylar Natiq Qasımovu zərərsizləşdirmək məqsədilə erməni girovluğunda olan Xocalı şəhər saki¬ni Cəfərov Cəfər Məhəmməd oğlunu onunla danışığa göndəriblər.  Ermənistan hərbçilərinin də şərti belə olub: əgər  kilsədəkilər təslim olma¬salar, girov götürülmüş Xocalı şəhər sakinlərini sıraya düzüb güllələnəcəklər. Cəfər Cəfərov sürünə-sürünə kilsəyə gedib. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri Qasımov Natiq Səlim oğlu ilə rastlaşıb. Natiq Qsımov Cəfər Cəfərovun: “Axı imkanın var idi nə üçün geri çəkilmədin?” – sualına: “Komandirim mənə mövqeni tərk etməməyi tap¬şırmışdır. Bir də ki, yuxarıda dalğalanan Azər¬baycan bayrağını burada qoyub necə gedə bilər¬dim?”, – cavabını verib və binanın üzərindəki Azərbaycan bayrağını göstərib. Ermənilərin şərtindən hali olan Natiq Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirib və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olub. Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, Xocalı soyqırımında yaxından iştirak etmiş, çoxsaylı mühari¬bə cinayətləri törətmiş, sonradan qondarma rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olmuş səhra komandiri Vitali Balasanyan Natiq Qasımova er¬məni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Qeyd edək ki, Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında  I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyat¬dadır. Ehtimal etmək olar ki, onun cəsədi Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində torpaqla örtülüb.

Məlumat üçün bildirək ki, 1992-ci il 12 martında rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Natiq Qasımovun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə də təsvir edilib. Bir neçə il öncə isə Natiq Qasımovla bağlı film də çəkilib.  Bu, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filmidir. Bəli, o, sözün həqiqi mənasında oğul idi. Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır.

Bəli, düşmənə qan udduran, bayrağımızı düşmən qarşısında da uca tutan Natiq Qasımov belə bir qəhrəmanlıq göstərib. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev iyunun 25-də – Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi (ölümündən sonra) ilə əlaqədar Sərəncam imzalayıb. Bu gün isə dövlətimizin başçısı  sosial media hesablarında Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib. Şübhəsiz, bütün bunlar bir daha heç nəyin, heç kəsin unudulmadığının bariz nümunəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Narkotiklərə birgə “yox” deyək!

Next

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır – ŞƏRH

Xəbər lenti

  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv