Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ?

By Vüsal Rafiqoğlu
09.07.2026 6 Min Read

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, 2027-ci ildən etibarən ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələblərinə cavab verməlidir.

Bu addım ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdən sonra AQTA-dan  bildirilib ki, yeni tələblərin tətbiqinə hazırlıq məqsədilə 2027-ci il yanvarın 1-dək keçid dövrü müəyyən edilib: “Bu müddətdə ölkəyə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbə üzrə yerləşdirilməsinə icazə veriləcək və daşınma zamanı maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş təşkil edəcək.

Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab | KONKRET

Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir”.

Qeyd olunub ki, heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələri yalnız daşınma funksiyasını yerinə yetirmir: “Bu nəqliyyat vasitələri sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz şəkildə boşaldılması, fərdi kliniki müayinəsi və zərurət olduqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin konstruksiyası onların effektiv yuyulması, təmizlənməsi və dezinfeksiya edilməsinə imkan verir ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əsas biotəhlükəsizlik tələblərindən biridir”.

Damazlıq heyvan idxalçılarına XƏBƏRDARLIQ | Modern.az

Agentlik əlavə edib ki, qərarın dərhal deyil, 2027-ci il yanvarın 1-dən tətbiq olunması və bu tarixədək keçid dövrünün müəyyən edilməsi də məhz sahibkarlıq subyektlərinin yeni tələblərə uyğunlaşması üçün kifayət qədər vaxt yaradılması məqsədi daşıyır: “Bundan əlavə, beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmış nəqliyyat vasitələri daha yüksək daşıma tutumuna malik olmaqla heyvanların rifah normaları gözlənilməklə daha səmərəli daşınmasına, logistika proseslərinin optimallaşdırılmasına və sərhəd baytarlıq nəzarətinin daha operativ həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan, yeni tələblərin uzunmüddətli perspektivdə həm heyvan sağlamlığının qorunmasına, həm də idxal proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək”.

Qeyd edək ki, diri heyvanların daşınmasına dair tələblər əsas idxal bazarımız olan Rusiya və Gürcüstanda çox illər əvvəldən qəbul edilib. Hər iki ölkədə Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən diri heyvan daşıyan maşınlar heyvanların rahat düşüb-çıxması üçün xüsusi panduslara, iri heyvanlar üçün arakəsmələrə, rahat döşəməyə, temperatur rejimini tənzimləmək üçün havalandırmaya, həmçinin maşının sərt döngələrdə hamar hərəkətini təmin edən sabitləşdirici qurğulara malik olmalıdılar. Rusiyada əlavə olaraq bir maşında yol verilən daşınma sayı da müəyyən edilib: 16 başa qədər iribuynuzlu böyük heyvan, 50 başa qədər bala iribuynuzlu heyvan, 55 başa qədər donuz, 90 başa qədər qoyun və ya keçi.

Azərbaycanda qoyun və keçilərin sayı azalır: Səbəb nədir? - Turkustan.az

Azərbaycanda bu proses Nazirlər Kabinetinin 2009-cu ildə 142 saylı qərarla təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları” ilə tənzimlənir. Qaydaların 16-cı bəndi məhz heyvanların daşınması üçün tələbləri müəyyənləşdirir. Həmin maddədə Rusiya və Gürcüstanda tətbiq olunan bütün tələblərə analoji tələblər dəqiqliyi ilə əksini tapıb: heyvan daşıyan maşınların texniki göstəricilərindən tutmuş, heyvanları qoruyan təminatlara, heyvanların maşınlarda yerləşdirilməsi qaydasına, bir maşında daşına biləcək heyvan sayına, maşınların daşınmadan sonra dezinfeksiya olunmasına qədər. Qaydalarda həmçinin yük avtomobillərində daşınan heyvanlar üşün baytarlıq sertifikatlarının olması tələbi də qoyulur.

AQTA avtomobillər üçün məhz hansı tələblərin müəyyənləşdirildiyini açıqlamır. Halbuki 6 aydan sonra qüvvəyə minəcək tələb müəyyən edən, ona qədər heyvan idxalı ilə məşğul olan sahibkarlara “uyğunlaşmaq” üçün vaxt qoyan AQTA-nın həmin tələbləri ictimaiyyətə açıqlamalıdır. Tələblər açıq şəkildə agentliyin internet saytında yerləşdirilməli, yaxud ona xüsusi keçid qoyulmalıdır. Ki, idxalçı sahibkar sənədlə ətraflı tanış olub, öz avtomobil parkını ona uyğunlaşdırsın.

Gürcüstanda qida və içki məhsullarının əsas idxal və ixrac bazarı Rusiyadır

Qeyd etməyə dəyər ki, ət bazarı artıq bir neçə ildir AQTA-nın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, məhz Agentliyin kəsimə tətbiq etdiyi yeni tələblər Azərbaycanda ət qiymətlərinin artmasının əsas amillərindən biri kimi qiymətləndirilir. Rayonlarda kəsilən hər baş heyvanın ətinə möhür vurulması heyvan sahibinə minimum 30 manata başa gəlir. Bir o qədər də xərc heyvanın AQTA ilə razılaşan kəsim məntəqələrində kəsilməsinə çıxır. Aydın məsələdir bu xərclərin hamısı son nöqtəyə – istehlakçıya çatan ətin maya dəyərinə daxil edilir.

AQTA-nın diqqətinin indi də heyvan idxalına yönəlməsi təsadüfi deyil. Belə ki, son 10 ildə Azərbaycanın kənd təsərrüfatında ağırlıq bitkiçilik üzərinə yönəldilib, heyvandarlıq bitkiçiliyin xeyrinə ciddi şəkildə sıxışdırılıb: otlaqlar, qışlaqlar əkin altına verilib. Nəticədə 10 ildir ölkədə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvan sayı mütəmadi olaraq azalır. Rəsmi statistikaya əsasən bu ilin 1 yanvarına ölkədə inək və camışların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 min baş azalaraq1 milyon 207,1 min başa, qoyun və keçilərin sayı isə 138,7 min baş azalaraq 6 milyon 757,8 min başa düşüb.

AQTA: Heyvan rifahı sağlam və təhlükəsiz qida istehsalının əsas şərtidir -  AZƏRTAC

Bu azalma fonunda xaricdən diri kəsimlik heyvan idxalı əks dinamika nümayiş etdirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ildə Azərbaycana 33 milyon 52 min dollar dəyərində 306 min 591 baş diri qoyun idxal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 milyon 965 min dollar və ya 82,7 faiz, say baxımından isə 124 min 768 baş və ya 68,6 faiz çoxdur. 2024-cü ildə Azərbaycana 18 milyon 87 min dollar dəyərində 181 min 823 baş diri qoyun idxal olunmuşdu.

Ötən il Azərbaycana 91milyon dollar dəyərində 115,3 min baş diri iribuynuzlu heyvan idxal edilib. Bu, 2024-cü illə müqayisədə 2,1 dəfə artım deməkdir.

Agentlik həmçinin ölkədə heyvanların kəsim yaşına da nəzarət etmək niyyətindədir. Bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsində əksini tapıb. Hökumətin mart ayında Milli Məclisə verdiyi hesabatdan aydın olur ki, təklifin müəllifi elə proqram layihəsini hazırlayan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

8 kilometr bazarı"nda satılan ət və ət məhsulları niyə təhlükəlidir »  Median.Az

Hökumətin hesabatında qeyd edilir ki, AQTA tərəfindən hazırlanmış sözügedən Dövlət Proqramının layihəsi hazırda yekun razılaşdırılma (vizalanma) mərhələsindədir. Layihədə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, heyvanların yaşa və cinsə görə kəsiminin tənzimlənməsinə dair beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması tədbirləri nəzərdə tutulub. Birinci tədbir çərçivəsində maarifləndirici materialların (buklet, broşür və s.) hazırlanması və paylanması, ikinci tədbir çərçivəsində isə iri və xırdabuynuzlu heyvanların erkən yaş və aşağı çəkidə, habelə cinsiyyəti nəzərə alınmaqla kəsilməsinə zərurət yaradan amillərin araşdırılması, bu cür heyvanların kəsilməsinin tənzimlənməsi üzrə qanunvericiliyə dair təkliflərin verilməsi, bu sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.

AQTA Azərbaycanda heyvanların kəsim yaşını artırmaq istəyir, halbuki dünya təcrübəsində hökumətlər əhalini insan orqanizmi üçün daha faydalı olan, asan həzm ediləcək CAVAN ətlə təmin etmək üçün heyvanların kəsim yaşını azaltmağa hədəflənmiş proqramlar həyata keçirirlər. İnkişaf etmiş dövlətlərin hökumətləri heyvanın kəsim yaşını 1-2 ay azaltmasını özünün böyük nailiyyəti hesab edir. Azərbaycanda isə AQTA əksinə nail olmağı hədəfləyir.

Mal əti üzrə özünütəminetmə 88,5%-ə, qoyun və keçi əti üzrə 96,5 ...

Rəsmi məlumatlar göstərir ki, Azərbaycanda ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb. Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

AQTA-nın tətbiq etməyə hazırlaşdığı bir sıra qaydalar bu göstəricinin aşağıya doğru hərəkətini sürətləndirəcək. Çünki kəsimlik heyvan idxalı AQTA-nın tələblərinə uyğun “ixtisaslaşmış” avtonəqliyyat vasitəsi olan bir neçə şirkətin, yaxud sahibkarın əlində cəmləşəcək, xırda və orta oyunçular bazardan çıxarılacaq. Bazarı əlinə alan qruplar isə “ixtisaslaşmış” avtonəqliyyat vasitələrinə çəkdikləri xərci gətirdikləri heyvanların qiymətinə daxil edəcəklər. Azərbaycan təcrübəsini nəzərə alsaq, onların öz mənafeləri üçün qiymətlərlə istədikləri kimi oynayacaqları da şübhəsizdir. Nəticədə, idxal heyvanlarını alıb 3-5 ay saxlayıb kəsimə yönəltmək kiçik və orta heyvandarlar üçün iqtisadi baxımdan faydasız hala gələcək. Beləliklə, son illərdə məhz idxal heyvanları hesabına az da olsa artım göstərən ət istehsalı azalmağa başlayacaq.

Bütün bunlar son nəticədə diri heyvan idxalından ət idxalına keçidi sürətləndirəcək. Beləliklə, ət idxalçılarının bazarı inkişaf edəcək, Azərbaycan istehlakçısı od qiymətinə yüksələn təzə ət üzünə həsrət qalacaq…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq

Next

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv