Bakıda DƏHŞƏTLİ OLAY: Qonşusunu “atvyortka” ilə vurdu… – TƏFƏRRÜAT
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Bayramağa Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il aprelin 12-də günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib.
68 yaşlı Bayramağa Novruzov mübahisə zəmnində qonşusu 57 yaşlı Əfqan Qurbanovu “atvyortka” ilə qarnından vuraraq xəsarət yetirib.
Bayramağa Novruzov şübhəli şəxs qismində tutulub. (olke)

