“100 manatlıq geyimi 10 manata satırlar” – Təlabat NİYƏ ARTIB? – VİDEO
Bakıda geyimlərin ucuz qiymətə satıldığı məkanlar var. Burada elə brend mallar var ki, alıcılara 4-5 manata təklif olunur. Belə məhsulların gigiyenik baxımından hansı zərərləri var?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı “ARB Xəbər”in əməkdaşları süjet hazırlayıb:
“100 manatlıq malı 10 manata satırlar. Materialı çox yaxşıdı, həm də sərfəlidir. Keyfiyyətinə söz ola bilməz. Keyfiyyətsiz olsaydı mağazada alıcı olmazdı”.
Belə mağazalarda gigyenasına diqqət yetirməli olduğumuz digər məhsullarda var. Buna yataq dəstləri aiddir. Bəzi alıcılar həmin məhsulları almaqda tərəddüd etmirlər.
Satıcılar deyir ki, yeniləri ilə müqayisədə 90-95 ucuz qiymətə satılan bu geyimlər daha çox Avropadan gətirilir. Bir yaxud iki dəfə geyinilmiş brend mallardır. Tələbatda son vaxtlar daha da artıb.
Ətraflı “ARB Xəbər”in süjetində: