Sən dəmə pul yığmaq…
İngiltərəli tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm olaraq pul yığmaq insanların rahat və nizamlı yuxuya getməsinə kömək edir.
Tədqiqat göstərir ki, qənaət insanların maddi məsələlərdə daha az narahat olmasına, borc içində qalmamalarına və ya gözlənilməz vəziyyətlərə hazır olmalarına kömək edir.
Ayda az miqdarda pul yığmağın psixoloji sağlamlığa müsbət təsir göstərdiyi bildirilən araşdırmada, qənaətin insanların stressiz və rahat yatmalarına kömək etdiyini və bununla da müntəzəm bir yuxu vərdişi yaratdığı vurğulanıb.
Araşdırmada, “Kənarda pulum var” düşüncəsi ilə insanların gündəlik həyatlarında daha nikbin olduğu qeyd edilərkən, pul yığan aşağı gəlirli şəxslərin, qənaət etməyən zənginlərlə eyni dərəcədə məmnunluq duyduğuna diqqət çəkilib. Bugünkü dünyada qənaət etməyin çətin bir vəziyyət olduğu ifadə edilən araşdırmada, hər 10 nəfərdən 6-nın pul yığma vərdişinə sahib olduğu da qeyd edilib.
Nigar Orucova, “İki sahil”