Region Xəbərləri 

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir!

Dünyanın dəyişən düzəni fonunda daha təmkinli və daha uzaqgörən addımların atılması müasir dövrün ən labüd təlabatlarındadır. Beynəlxalq və regional güc mərkəzlərinin taktika savaşı apardığı bir zamanda atılan istənilən bir addım gələcəyə hesablanmalıdır. 30 illik işğal dövründə daima beynəlxalq təşkilatlarla sıx əlaqədə olan Azərbaycan təkçə BMT, ATƏT kimi təşkilatlarla deyil həmdə Türk Dünyası Təşkilatı kimi soy kökü ilə sıx bağlı olduğu təşkilatlarla da, çox mötəbər münasibətlər qurmuşdu. Torpaqlarımızın azad olunmasından sonra dost dövlətlərin başçılarının bu ərazilərə səfərləri Azərbaycanın aparmış olduğu düzgün və dayanaqlı xarici siyasətin bariz nümunəsidir.

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər. Görüşün gedişi zamanı heç şübhəsiz bütün beynəlxalq təşkilatların gözü Şuşada oldu. Avropanın bəzi paytaxtlarından da, sərsəm açıqlamalar gəldi. Bunə ən böyük səbəb Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzu idi. Türk dövlətlərinin toplantısında Macarıstanın da, iştirak etməsi təşkilatın öz ərazi dairəsini genişləndirməkdə qərarlı olduğunun göstəricisidir. Macarıstanın iştirakı ilə bağlı bəzi maraqlı, qeyri konstiriv açıqlamalar verən avropanın bəzi diplomatları istədikləri effekti ala bilmədilər. Son zamanlar avropanın xüsusilə Fransanın fikirləri özlərinə bumeranq  effekti kimi geri qayıdır. Türk Dövlətləri Təşkilatının daha beynəlxalq nüfuza malik bir quruma çevrilməsi avropanın istəyəcəyi son şeydir. Ancaq Avropada da, yaxşı başa düşürlər ki, bəzi məsələlərdə Türk Dövlətləri Təşkilatı ilə hesablaşmadan hansısa bir addım atmaq onlara xeyir verməz. Türk Dövlətlərinin artan hərbi gücü fonunda regional məsələlərə müdaxilə imkanları, barışdırıcı üslubu, dünyanın müharibələrlə tüğyan etdiyi bir vaxtda yerində verilən qərar və açıqlamaları gələcəyə olan inamı daha da, artırır. Cənab Prezidentİlham Əliyevin apardığı uzun illərdən bəri formalaşmış müdrik siyasəti nəticəsində bütün təşkilatlarla dostluğa əsaslanan münasibətlərin artıq iqtisadi və siyasi faydalarını hər kəs görür. Əminliklə demək olarki İlham Əliyevin çıxış və atdığı addımlar Türk Dövlətləri Təşkilatının fəaliyyətinin istiqamətləndirilməsində mühüm rol oynayır. Zirvə görüşündə ən diqqət çəkən məqamlardan bir də, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın da, toplantıda iştirakı idi. Ersin Tatarın iştirakı Türk Dövlətləri Təşkilatının öz soy kökündən olan qardaşlarının daima yanında olacağının sübutu ilə yanaşı, eyni zamanda Türk Dövlətləri Təşkilatının dünya siyasi elitasına verdiyi mesaj idi. Şuşa görüşü Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş mötəbər bir Zirvə görüşü oldu. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Şuşa görüşü Qarabağa daha çox sərmayə qoyuluşu ilə yanaşı Türk Dövlətlərinin birgə əmakdaşlıq fəaliyyətləti daha da sıxlaşdıracaq. Yaşasın Türk Dünyası! Devizinin əbədi eşidiləcəyi artıq hər kəsə məlumdur.

 

Elçin Cəfərli, YAP Bərdə rayon təşkilatı fəalı, Məmmədli kənd tam orta məktəbin direktoru

 

Daha çox xəbərlər