Cəmiyyət 

Polislərin pensiya yaşı DƏYİŞDİRİLSİN – TƏKLİF

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin son qərarı “Əmək pensiyaları haqqında” Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr edilir.”Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir. Əmək pensiyaları haqqında” qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunacaq:

Bəs sözügedən dəyişiklik polislərimizə şamil oluna bilər? Mövzunu Sonxeber.az-a şərh edən sosioloq Mətanət Məmmədova bildirib ki, verilən qərar çox humanist yanaşmadır:

“O mənada ki, hərbçilər həm 20, həm 25, həm də 25 ildən artıq qulluq dövrünə görə pensiyaya çıxa bilərlər. Bununla da pensiyaya çıxmağına 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur. Bu seçimlə də onların pensiya məbləği müəyyən olunur. Beləliklə, qanunda edilən dəyişikliklər 25 və 25 ildən artıq qulluq edən hərbçilərə şamil edilir. Yəni onlar daha yüksək məbləğdə pensiya almaq hüququna malik olurlar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır ki, bu da hərbçilərin qazandığı təcrübəni gənc hərbçilərə aşılaması, lazım gəldikdə bu təcrübədən yararlanmaq məqsədi daşıyır”.

Sosioloq “Əmək pensiyası haqqında” dəyişikliklərin hərbçilər kimi, polislərə də şamil edilə bilməsi məsələsinə aydınlıq gətirib:

“Bu addım həm də təcrübəli polislərin yetişməsi, onların təcrübəsindən gənc polis əməkdaşlarının yararlanması, həm də onların pensiyaya çıxarkən yüksək məbləğdə pensiya almaları baxımından məqsədəmüvafiq ola bilər. Düşünürəm ki, gələcəkdə polislərlə də bağlı yeni yaş həddi və pensiya mexanizmi tətbiq oluna və uğurlu nəticə verə bilər”.

Daha çox xəbərlər