Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Türkiyədən Ermənistana jest

By Vüsal Rafiqoğlu
30.08.2024 3 Min Read

Haylar bunu vaxtında dəyərləndirməsələr …

Bu gün Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinə mane olan bəzi səbəblər var ki, onlardan biri də Ermənistanın mövcud  konstitusiyasıdır. Bu konstiusiyanın bir çox maddələrində hələ də  işğalçılıq, özgə torpaqlarına haqsız iddialar yer almaqdadır. Ona görə də  Azərbaycan dövləti  haqlı olaraq sülh üçün bu işğal maddələrinin ləğv edilməsini bir şərt kimi irəli sürür.

Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan həmin maddənin dəyişdrirlməsi üçün parlamentdə çıxışlar edib və əsaslandırıb. Lakin onun təklif etdiyi yeni konstitusiya dəyişiklikləri həm kilsə, həm də revanşistlər tərəfində sərt qarşılanıb. Vurğulamaq lazımdır ki, hazırda hakimiyyətlə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Hətta erməni kilsəsinin  Paşinyanın devrilməsinə çalışması barədə açıq və gizli məlumatlar da var. Kilsə konkret olaraq ölkəsinin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin  və qondarma «dqr»in ləğv edilməsinin günahını  Paşinyan hakimiyyətində görür. Ötən gün rəsmi İrəvan bilirib ki, sözügedən konstiusiya dəyişikliyi üçün 2027-ci  ildə referendum keçirmək nəzərdə tutulur. Bu isə hayların həmin məsələni uzağmağa çalışması deməkdir.

Siyasi analitiklərin fikrincə, Ermənistandakı konstitusiya dəyişiklikləri Paşinyan hakimiyyətini gücləndirəcək. Bu da onun rəqibləri ilə ciddi haqq-hesab çəkməsinə imkan yaradacaq. Xüsusilə 2008-ci ilin mart hadisələri zamanı eks –prezident Robert Koçaryan tərəfindən həbsə atılan Paşinyanın dəvə kini hələ soyumayıb.

Həmçinin vurğulamaq lazımdır ki, artıq son bir neçə ildə erməni tacirlər və sahibkarlar Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılmasını tələb edirlər. Lakin bunun üçün Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarından  və qondarma «erməni soyqırımı» məsələsindən vaz keçilməlidir. Təbii ki, rəsmi İrəvanın yaxın qonşusu Türkiyə ilə normal münasibətlər qurmağının yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir.

.Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 1-də «Sabah» nəşrinə verdiyi müsahibədə Ermənistanla sərhədin açılmasının mümkünlüyündən bəhs edib. Vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi başa çatandan və xüsüsilə rəsmi İrəvan Bakının haqlı şərtlərini qəbul edəndən sonra sərhədlərin açılması prosesi sürətlənəcək. Məlum olduğu kimi, Türkiyə Ermənistanla diplomatik münasibətlərini ötən əsrin 90-cı illərində kəsib. Buna səbəb həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub.

Təbii ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın iflas səviyyəsində olan  iqtisadiyyatını xilas etmək üçün bir şansdır. Əgər  haylar ölkələrinin  gələcəyini düşünürlərsə onda bu variantı dəstəkləyərək  Azərbaycanla münasibətlərdə destruktiv mövqedən çəkinməlidirlər. Çünki rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında məcburi manevr vəziyyətindədir. Yəni, faktiki olaraq böyük dövlətlərin siyasi poliqonuna çevrilmək ərəfəsindədir. Belə bir şəraitdə Ermənistana yeni «təhlükəsizlik çətiri» lazımdır. Bunun üçün ən ideal variant güclü iqtisadiyyata  malik qonşuları olan Azərbaycan və Türkiyə ilə dialoqa getməsidir.

Ötən ay Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubenyan arasında baş tutan görüşlərdə bəzi  anlaşmalar əldə edilib. Belə ki, onlar iki ölkə arasında diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Eyni zamanda, xüsusi nümayəndələr əvvəlki görüşlərində əldə olunan razılaşdırılmış məsələləri də təsdiqləyiblər. Onlar, həmçinin Akyaka-Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb edilən texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər. Bu isə Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətinin ciddiliyini göstərən vacib nüansdır. Ankara-İrəvan anlaşması müsbət qiymətləndirilsə də, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qalxmadığı şəraitdə bu müsbət gedişatın davamlı olması mümkün deyil.

Əvvəla, ona görə ki, Ermənistan hərbi-siyasi təxribatlarından hələ də əl çəkmir. Bu isə Türkiyənin Azərbaycanla bağlı şərtlərinə uyğun deyil. İkincisi, əvvəldə qeyd etdiyimiz kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bu isə perspektivdə revanşistlərin yenidən müharibəni alovlandırmalarına, bir sözlə, regional təhlükəsizliyə təhdid yaratmalarına şimkan verə bilər.

Digər tərəfdən, Ermənistan konstitusiyaında həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu da qardaş ölkənin  milli təhlükəsizliyi üçün ciddi məsələdir. Yəni, hayların yalnız ölkəmizlə deyil, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olması üçün konstitusiya dəyişikliyi mütləqdir.

Burada digər diqqətçəkən məqam odur ki, Ermənistan bir çox hallarda Türkiyənin təhlükəsizlik və milli maraqlarını nəzərə almaq istəməyən ABŞ-a  və Avropa İttifaqına züy tutmaqda davam edir. Lakin buna baxmayaraq  qardaş ölkə indiki halda Ermənistanı bataqlıqdan çıxartmaq üçün ona əl uzadır. Bu xeyirxahlığı isə haylar vaxtında dəyərləndirməlidirlər. Əks halda, Ermənistanın səfil ölkə olmaq gerçəkliyi qaçılmazdır.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xoş gündə də, dar gündə də…

Next

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv