Haylar hələ də başa düşmürlər ki…
Düçar olduqları sağalmaz “erməni xəstəliyi” reallığı anlamağa imkan vermir
Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bir sıra tezislər səsləndirib. Onun Azərbaycanla məsələləri nizamlama ilə bağlı tezisləri bəzi haylara qəribə gəlib, onun fikirlərini başa düşmədiklərini bildiriblər və baş naziri təslimçi adlandırıblar. Halbuki Paşinyan hər bir məsələni çox sadə və anlaşıqlı şəkildə izah edib.
Ermənistan mediasına istinadən xəbər verilir ki, Paşinyanın həmin mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərlə bağlı yerli revanşist politoloq Beniamin Matevosyan xüsusi şərhlə çıxış edib: “Paşinyanın fikrincə, Samvel Şahramanyan çox şeyə görə günahkardır. Amma Qarabağı Şahramanyan yox, şəxsən Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada təslim etdi və qurum Azərbaycan ərazisi kimi tanınaraq ləğv edildi.”
Əslində bu faktı ermənicə, yəni tərsinə yozan başdanxarab politoloq Matevosyan anlamır ki, baş nazir Paşinyanın Praqadakı bəyanatından bir il əvvəl möhkəm güvəndiyi ordusu darmadağın edilən Ermənistan hökumətini təslimçilikdən başqa hər hansı xoş gün gözləyirdi. Matevosyan və onun kimi debillər hələ də anlamırlar ki, qonşunun torpağını zorakılıqla zəbt edən, şəhər və kəndlərini dağıdıb xaraba qoyan, on minlərlə azərbaycanlını qırıb-çatan işğalçı ordu nəhayət, bir gün qovulub çıxarılmalı idi. Ancaq daşnakların beyinlərə yeritdikləri zəhər nəsildən-nəslə keçərək hayları manyaklaşdırır və öz düşündüklərindən savayı heç bir reallığı qəbul etmirlər. Hələ utanmazcasına saxta tarix “düzəldərək” otuz il işğal altında saxladıqları Azərbaycan ərazilərini öz tarixi torpaqları kimi qələmə verməyə cəhd göstərirlər.
İddialı hay şərhçisi Paşinyanın “delimitasiya prosesində qalib və ya məğlub olanlar axtarılmamalıdır” düsturunu lağa qoyur, Paşinyanı qorxaqlıqda ittiham edir. O, baş nazirin 2020-ci il sentyabrın 27-də parlament tribunasından “Müharibə necə bitsə də, biz savaşmalı, özümüzü məğlub saymamalıyıq” sözlərini ikrahla təkrarlayır. Eyni zamanda bildirilir ki, Nikol Paşinyan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın “Mərkəzi Asiya ölkələrinin Rusiya Federasiyası və Çindən yan keçərək dünya bazarlarına çıxması üçün Ermənistan Respublikası üzərindən kommunikasiyaya ehtiyac olduğu” barədə bəyanatına toxunmadı. Başqa sözlə, Ermənistanın ABŞ üçün Pekin, Moskva və Tehrana qarşı “logistik körpü”yə çevrilməsi Paşinyan üçün məqbul ssenari sayılır, amma 10 noyabr üçtərəfli sənədinin bəndlərinə əməl edilməsi qəbuledilməz hesab olunur. Bu da hay ağlının anormallığının göstəricisidr.
Beniamin Matevosyanın qənaətinə görə, Paşinyan Ermənistan Respublikasının yeni kapitulyasiyasını hazırlayır ki, bu da özünü ATƏT-in Minsk qrupunun Ermənistan tərəfindən dağılmasında göstərəcək: “Bütün bunlar rəsmi Bakıya “Qərbi Azərbaycan” siyasi layihəsinin həyata keçirilməsi məsələsinə diqqət yetirməyə imkan verəcək”. Əlbəttə, belə də olmalıdır. Qərbi Azərbaycanı da, başqa ərazilərimizi də Rusiya imperiyasının planı və gücü hesabına işğal etdikləri, yüz minlərlə azərbaycanlını barbar üsullarla qətlə yetirdikləri yadlarından nə tez çıxıb? Hələ indi də oradakı toponimlərin əksəriyyətini haylar qədim adları ilə tanıyırlar. 1948-53-cü illərdə o ərazilərin əhalisini zorla deportasiya etsələr də oradakı kənd və obaların bir çoxu indiyədək boş qalıb, heç kəs yaşamır. Köçürülən Qərbi azərbaycanlıların sağ qalanları hazırda yurd həsrəti ilə yaşayırlar. Onların yüz minlərlə övladları, nəvə-nəticələri hələ də ata-baba torpaqlarına qayıtmağı arzulayırlar. Bununla bərabər, Qərbi Azərbaycan İcması yaradaraq oraya qaytarılmalarını tələb edirlər. İcma üzvləri bu tələbi Ermənistan hakimiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar qarşısında qətiyyətlə irəli sürürlər. Tamamilə haqlıdırlar, gec də olsa haylar tərəfindən vəhşicəsinə pozulmuş hüquqlarının bərpasını istəyirlər. Hər özbaşınalığın və qudurğanlığın bir sonu olur. Haylar ağılsızcasına nə qədər ərköyünlük edəcəklər? Torpağımızda bir dövlət qurmaları bəs deyilmi? Özünü əzdirmək, nazlanmaq erası bitib. İndi hər kəs etdikləri üçün özü cavab verməlidir. Kim başqasına quyu qazırsa axırda oraya özü düşür. Yoxsa “babam mənə kor deyib, gəlib-gedəni vur deyib” məntiqi ilə yaşayanlar sonda haqq etdikləri cəzalarına çatırlar. Hayların yaddaşında qorxulu röya kimi qalan İkinci Qarabağ müharibəsində olduğu kimi…
Vəli İlyasov, “İki sahil”