Cəmiyyət 

Ehtibarnamə ilə alınan torpaqları rəsmiləşdirmək mümkündürmü? – AÇIQLAMA

Daşınmaz əmlak bazarında insanların ən çox üz tutduğu seqmentlərdən biri də torpaq alqı-satqısıdır. Təəssüf ki, bu cür alqı-satqı əməliyyatları zamanı kifayət qədər problemlər yaşanır. Çünki bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ehtibarnamə verilməsi mülk üzərində hüqüqlardan digər şəxsin istifadəsinə izin vermək deməkdir

“Lakin ehtibarnamə verilən şəxs həmin əmlakın öz adına keçirə bilməz. Çıxarışı olmayan torpaq sahələrinin ehtibarnamə ilə alınması və satılması riskli əməliyyatdır. Çünki ehtibarnamə verən şəxs əgər dünyasını dəyişərsə artıq o sənəd öz hökmünü itirir. Yaxud da, ehtibarnamə verən şəxsin üzərində məhkəmə hökmü varsa, vətəndaşın əmlakları ilə bağlı sorğu göndərilərsə bu zaman verilən ehtibarnamənin ləğv olunma ehtimalıda yüksəkdir.

Ehtibarnamə ilə alınan torpaqları rəsmiləşdirmək mümkündürmü? - AÇIQLAMAEhtibarnamə ilə hər hansı bir əmlak alarkən mütləq şəkildə həmin şəxsin həyat yoldaşının da razılığı alınmalıdır. Çünki bu yolla bir əmlak dəfələrlə başqa-başqa şəxslərə satılır. Əgər qanunvericikdə həmin torpaqlara çıxarışlar veriləcəksə birmənalı olaraq həmin sərəncam torpaq üzərində ilk qeydiyyatı olan şəxsə veriləcək”.

Daha çox xəbərlər