Kəpəz dövlət xəstəxanasından biabırçı statistika: 247 uşaq hamilə qalıb
Türkiyənin Antalya şəhərində yerləşən Kəpəz dövlət xəstəxanası yaşı 18-dən aşağı olub, doğum edən uşaqlar ilə bağlı statistikanı açıqlayıb.
Statistikaya görə iki il ərzində sadəcə Antalya vilayətində 274 uşaq hamilə qalıb. Onların əksəriyyətinin yaşı 14-17 arasıdır.
Hesablamalar 2017-ci ilin mart ayının 15-dən 2019-cu ilin may ayının 26-na qədər aparılıb. Həmin azyaşlı hamilələrdən 115-i türk, 159-u isə Suriya və Əfqanıstan əsillidir.
Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
milli.az

