Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Fələyin yazdığını mən poza bilsəydim əgər…

By Vüsal Rafiqoğlu
27.09.2024 3 Min Read

Salam, şəhid anası! Səni yoluxmağa gəlmişəm. Getmədən əvvəl oğlun “anama göz-qulaq olun”, – deyib getmişdir. Bağışla ki, bir az gecikdim.
Bilirəm, başın dikdir. Göz yaşını da görən olmayıb oğlun getdiyi gündən. Əminsən ki, qəhrəman övlad böyütmüsən. İsti ocaq başında əllərin yanıb, qışın şaxtasında ciyərinə quzeyin soyuq küləyini doldurmusan. Sevgini əsirgəməmisən bir parçan olan övladından. Öyüd, nəsihət verəndə dönə-dönə “əsl sevgin Vətən olsun, millət olsun!”, – demisən.
Övladının saçına sığal çəkdiyin əllərindən öpürəm, əziz ana. Bu gün xalq sənin əməyinin bəhrəsini dadır. Azərbaycan xalqına zəfəri sən bəxş etmisən. Düşmənə meydan oxuyan, torpağımızı yağıdan azad edən sənin oğlundur. Bu gün övladın elə bir zirvədədir ki, hamı o yüksəkliyə, o zirvəyə həsədlə baxır.

Həyatın dəyərini bilən, onu qiymətləndirməyi bacaran insanlar “ölümü” də dəyərləndirməyi bacarır. “Quran-i Kərim”də belə buyurulur: “Hər canlı bir gün ölümü dadacaqdır. Lakin torpaq, vətən, haqq uğrunda canlarından keçib bir qarış torpaq belə düşmənə verməyənlər, haqq uğrunda bədənlərini kor mərmiyə sipər edənlər “ölmür”, onlara “ölü” demirik. Onlar şəhiddirlər. Allah qatında şəhidlər cənnətlə mükafatlandırılıb”.
Sən başını həmişə dik saxla, şəhid anası! Necə ki, bacarırsan uca olmağı, ülvi olmağı. Çünki sən örnəksən hər bir Azərbaycan qadınına.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiklərini unutmaq olmur. Dahi rəhbər deyirdi ki, “Dünyanın yarıdan çoxunu gəzdim. Çox insan tanıdım. Çox qadın gördüm. Lakin Azərbaycan qadını qədər gözəl, ağıllı, mərd, cəsur qadın görmədim”.
Bəli, bu gün sənə baxıram, səndə görürəm dahi rəhbərin kəlamının təcəssümünü. Səndə görürəm Azərbaycan qadınının mərdliyini, qürurunu, cəsarətini, şəhid anası!
Sən oğluna ananı sevməyi, vətəni sevməyi öyrətdin. Elə buna görə o hər şeydən, sevdiklərindən də üstün tutdu torpaq sevgisini, Vətən sevgisini.
Vaxtsız ağaran saçlarının haqqını bizə halal et. Təravətli üzünə erkən düşmüş qırışların haqqını bizə halal et. Tez-tez gözünü məchul nöqtəyə dikib, çəkdiyin ahın haqqını bizə halal et.
Fələyin yazdığını poza bilsəydim başındakı qara örpəyi, qırmızı örpəklə əvəz edərdim. Fələyin yazdığını poza bilsəydim, müharibə deyilən bəlanı xalqımın başının üstündən uzaq tutardım. Fələyin yazdığını poza bilsəydim, üzündəki qırışları, saçlarındakı bəyazları tək-tək silərdim. Onları atardım uzaq ümmanlardakı dənizlərə.
Şəhid anası çox danışmaz, dərdini içində çəkər, deyirlər. Fələyin yazdığını poza bilsəydim, dərdini səndən alar, ahını dağlara, daşlara çırpardım. Oğlunu seyr etmək, Günəşin üfüqdən doğuşunu seyr etməkdi sənin üçün. Fələyin yazdığını poza bilsəydim sənin Günəşini yenidən qaytarardım.
Bilirəm, fələyin yazdığını poza bilsəm də, pozanı əlimdən ilk alan sən olardın. Çünki tarixi dəyişmək mümkün deyil. Oğul anası olmağın nə qədər önəmli olduğunu bilirsən. Körpənin qoxusunu hiss etdiyin ilk andan, onu Vətən üçün, xalq üçün, millət üçün böyütmüsən.
Sənin kimi Vətən üçün övlad böyüdən analar xalqımızın yaddaşında qəhrəmanlıq obrazına çevrildilər, qürur və ucalıq rəmzinə döndülər.
Xatırlayırsanmı, ana, ona tarix dərsini öyrətmək üçün dəridən-qabıqdan çıxırdın. Bilmirdin o zaman tarix dərsini candərdi oxuyan o oğul, bir gün xalqın şanlı tarixini silahı ilə özü yazacaq.

Fələyin yazdığını mən poza bilsəydim əgər...İnsanlığını, şərəfini itirmiş, gözünü qan örtmüş düşməndən 30 ilin qisasını almaq üçün oğullarına 44 gün lazım oldu. Qar, şaxta, soyuq bilməyən oğullar Şuşa kimi alınmaz qalanı düşməndən azad etdilər. Bu cəsur oğullara igidliyi, cəsarəti şəhid anaları öyrətmişdir. Analar igidliyin, qoxmazlığın silah-sursatda deyil, ürəkdə, biləkdə olduğunu övladlarına aşılamışdı.
Yaxşı xatırlayıram, şuşalıların, fuzulilərin, ağdamlıların, kəlbəcərlilərin küçələrə çıxıb, “biz artıq qaçqın-köçkün deyilik”, – dedikləri məqamı. Orda səni də gördüm, şəhid anası. Üç rəngli bayrağı sinənə sıxmışdın. Bir gözün ağlayır, bir gözün gülürdü. Bilirdin, küçələrə çıxıb, sevincindən göz yaşını saxlaya bilməyənlərin sevincindəki ən böyük pay sənin idi. O qürur, şərəf sənindir, şəhid anası.
Əllərindən öpürəm. Baş əyirəm qarşında. Yanındayam. Qəmini-kədərini qoy çiyinlərimə. Gülümsə, baharı sən gətirdin 30 illik həsrət çəkən torpaqlara. 30 illik çiləyə, 30 illik səbrə sən son qoydun. Gülümsə, əziz ana, gülümsə!
Tutqun könlünü aç, başını uca tut. Unutma, sevilərək bu dünyadan köçənlər hər zaman şirin bir xatirə tək qəlblərdə yaşayırlar, yaşayacaqlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətən müharibəsinin şahinləri: Onlar ilk şəhid pilot oldular – FOTO

Next

Zəfərə gedən yolun başlanğıcı

Xəbər lenti

  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv