Hadisə 

Azərbaycanlı Rusiyada qəza törətdi: xəsarət alan var

Azərbaycan vətəndaşı Rusiyada yol qəzası törədib.

50 yaşlı azərbaycanlının idarə etdiyi “Mercedes-Benz Vito” maşını qarşıdan gələn yük maşını ilə toqquşub.

Yol qəzası Volqoqrad şəhərinə gedən “Kaspi” R-22 magistralında baş verib. Daxili İşlər Nazirliyinin Volqoqrad bölgəsi üzrə Baş İdarəsindən bildiriblər ki, təqsirkar azərbaycanlıdır.

O, maşının yan tərəfdən təhlükəsizlik intervalını düzgün seçməyib. Qəza nəticəsində “Mercedes”də olan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Daha çox xəbərlər