Hadisə 

Qubada üç gənci xəstəxanalıq edən sürücü saxlanıldı

Quba rayonunda üç piyada avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törədən “Mercedes” markalı maşının sürücüsü Saleh Saliyev saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Nügədi kəndində qeydə alınıb. Yol kənarında olan üç gənc gözlənilmədən avtomobil tərəfindən vurulub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Əzizov Hüseyn Elmar oğluna çənənin sağ üst, göz qapağının əzilmiş-kəsilmiş yaraları, 2000-ci il təvəllüdlü Kərimov Fətəli Sovqat oğluna sağ budun arxa səthinin əzilmiş-deşilmiş yarası, 2000-ci il təvəllüdlü Cavadov Nail Qədir oğluna isə alının, hər iki yanağın və sağ ayağaltı nahiyəsinin əzilmiş-cırılmış çoxsaylı yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar davam edir.

Daha çox xəbərlər