Hadisə 

Lənkəranda öldürülən gənclə bağlı yeni detal: Nişan mərasimi olacaqdı

Ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evin tək oğul övladı olan E.Cəfərov idmançı olub və yaxın vaxtlarda nişan mərasimi keçiriləcəkmiş.

****

Ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.

****

Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 17-si, saat 22:00 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər