Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edildi.
Azərbaycan-İran əlaqələri çox köklü tarixə malikdir, eyni zamanda iki qonşu ölkə arasındakı sərhəd də tarixi əhəmiyyətə malikdir. 1913-cü ildə imzalanan Gülüstan Müqaviləsi nəticəsində Rusiya Azərbaycanın ərazilərini ələ keçirdi və beləliklə Azərbaycan-İran arasında müasir sərhad çəkilir (Naxçıvan bölməsi istisna olmaqla). 1928-ci ildə Rusiya-İran müharibəsinin nəticəsində imzalanan Türkmənçay Müqaviləsinə əsasən İran tərəfi Naxçıvan və Zəngəzuru Rusiyaya vermək məcburiyyətində qalır və beləliklə sərhəd formalaşır. I Qarabağ Müharibəsinin nəticəsində erməni terrorist qüvvələri tərəfindən Zəngilan rayonunun sərhədboyu kəndlərini və Ağbənd qəsəbəsi sərhəd zastavasını işğal edilir və bununlada Azərbaycan-İran deformasiya edilir.
27 illik işğaldan sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 2020-ci il 20 oktyabr tarixində Zəngilan rayonunun sərhədboyu ərazilərini və Ağbənd qəsəbəsini düşməndən azad etdi. Azərbaycan bununlada Azərbaycan-İran sərhədi üzərində tam nəzarət təmin etdi. İşğaldan azad olunduqdan sonra Zəngilanda çiçəklər açmağa başladı, Azərbaycan-İran sərhədi öz tarixini yenidən bərpa etdi. Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində güclənən Azərbaycan üçün Zəngəzur rayonu çox böyük əhəmiyyətə malikdir. İşğaldan sonra dərhal Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Zəngilanda yenidən quruculuq və bərpa işləri başladı. Mütəmadi olaraq Zəngilan rayonunu ziyarət edən və görülən işlərlə yerində tanış olan müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın 23-də xanımı Mehriban Əliyeva ilə birgə azad edilmiş Zəngilanda olan zaman bütün dünyaya bəyan etmişlər ki, Zəngilan əzəli Azərbaycan torpağıdır və burada çox tezliklə ikinci həyat başlayacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər. Cənab Prezident Zəngilanda görüləcək işlər haqqında danışarkən qeyd etdi ki, bizi burada böyük və təxirəsalınmaz işlər gözləyir. Birinci növbədə azad edilmiş torpaqlarımız minalardan təmizlənməli, təhlükəsiz zonaya çevrilməlidir. İnsanların bura qayıtması üçün kənd və qəsəbələr bərpa edilməlidir. Zəngilanın bərpası, böyük Qayıdışın burada da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Qeyd olunduğu kimi burada qiymətli qızıl yataqları və bir çox faydalı qazıntılar var. Onların planlı şəkildə istismarı ölkəmizin inkişafına təsir göstərən yeni bir amildir.
Həqiqətəndə bugün Zəngilanın yenidən bərpası, kəndlərin dirçəldilməsi ölkənin kənd təsərrüfatına böyük töhvədir. Hazırlanmış layihələrin həyata keçirilməsi Zəngilanın Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə böyük töhvə verməsi deməkdir. Zəngilanın yenidən azad edilməsi və Azərbaycan-İran sərhədinin yenidən bərpası iki qonşu ölkə arasında iqtisadi və mədəni əlaqələrin yenidən dirçəlməsi və yeni mərhələyə başlaması mənası kəsb edir. Sərhədin yenidən bərpası yaxın gələcəkdə xarici ticarətdə hər iki ölkənin iqtisadiyyatına güclü təsir edəcəyi aşikardır. Qarabağımızda yenidənqurma və bərpa işləri yekunlaşdıqdan sonra daha da güclənəcək və gələcəğə inamla irəlləyəcəkdir.
Nigar Elşən , YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin
Təlim-tərbiyə işləri üzrə direktor müavini.