Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Aparatının kollektivi mülki şəhid ailəsini ziyarət edib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla Aparatın kollektivi Vətən müharibəsi dövründə Ermənistanın Bərdəyə atdığı “Smerc” tipli raket nəticəsində həlak olmuş mülki şəhid Leyla Mustafayevanın ailəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Mülki şəhid Leyla Mustafayevanın ailəsi, YAP üzvü olan qızları Sevinc Mustafayeva və Əfsanə Əliyeva ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Daha çox xəbərlər