ŞİMAL -QƏRB VƏ ŞİMAL CƏNUB NƏQLİYYAT DƏHLİZLƏRİNİN AZƏRBAYCAN ÜÇÜN GEOSİYASİ ƏHƏMİYYƏTİ
Azərbaycan müstəqillik əldə etdikdən sonra neft və qaz sektorunu inkişaf etdirmək üçün bütün gücünü səfərbər etdi.Azərbaycan qonşu ölkələrlə və strateji tərəfdaşlarla iqtisadi əlaqələrini gücləndirərək regionda inkişaf etmiş ölkələrin birinə çevrildi.Əsrin müqaviləsi,Cənub-Qaz dəhlizi,Şah- Dəniz layihəsi kimi nüfuzlu layihələr yaradılması Azərbaycanın enerji məsələlərində etibarlı tərəfdaş və təhlükəsiz tranzit ölkə kimi nüfuzunu möhkəmləndirdi.Bu naliyyətlər Azərbaycanın Şərq- Qərb,Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsində xüsusi rola malik olmasına gətirib çıxarmışdır.
Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, ötən 25 ildə bundan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.
Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən, tədbirlər həyata keçirən Azərbaycan Respublikası 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə qoşuldu. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı. Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
BRİCS-ə üzv olmağımız Azərbaycanın nəqliyyat, ticarət və digər sahələrdə imkanlarını artıracaq. Siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək.
Gülnarə Əliyeva , YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə rayonu A.Süleymanov adına Şorəlli kən tam orta məktəbin direktoru.