Azərbaycanlı müğənni buna görə arvadından boşanıb – TəfərrüatlarFOTO
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni və şoumen Timur Rodrigezin 16 illik evliliyindən sonra həyat yoldaşından ayrılması ötən il məlum olsa da, bu günlərdə cütlüyün boşanması sosial şəbəkənin əsas mövzusuna çevrilib.
45 yaşlı sənətçi həyat yoldaşı Anna Devochkina ilə boşanması ilə bağlı jurnalist Laura Djugeliaya təfərrüatlarından danışıb.
Timur musahibəsində boşanmanın təşəbbüskarı olduğunu etiraf edib və Annaya fərqli yerlərdə olanda qərarını telefonla bildirdiyini söyləyib:
“Bu barədə xəbər verdiyim andan o gələnə qədər mən yeni bir münasibətə başladım və bir-birimizi demək olar ki, bir ay görmədiyimiz üçün o, gələndə xəbər tutdu. Onunla münasibətimə son qoyuram, artıq hesab edirdim ki, bu münasibət bitdiyi üçün həyatımı daha da qurmaq hüququm var”, – deyə Rodrigez vurğulayıb.
Şoumenin sözlərinə görə, boşanma səbəbi xəyanət deyil, sadəcə olaraq münasibətlərdə böhran yaşanıb və o, başqa bir şey istədiyini anlayıb.
Qeyd edək ki, Timur Rodriguez və Anna Devochkina gecə klubların birində tanış olublar və 2007-ci ildə şoumen sevgilisinə “Etna” dağının zirvəsində evlilik təklif edib.
Cütlüyün münasibətlərini 2007-ci ilin avqustunda rəsmi olaraq qeydə alınıb və 2009-cu il martın 10-da Timur və Annanın Migel adlı oğlu dünyaya gəlib. 2012-ci ilin oktyabrında cütlüyün Daniel adlı daha bir oğlan övladı doğulub. (olay)