Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağıb – FAKTİKİ HAVA
Bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əksər rayonlarda noyabrın 20-si saat 9:00-a olan məlumata əsasən, hava şəraiti yağmursuz keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.
Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.