Bu il 27 700-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub
2024-cü ilin yanvar-oktyabr aylarında 27 700-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə “İki sahil”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Qeyd edilib ki, onların 69,24%-ni kişilər, 30,76%-ni isə qadınlar təşkil edib.