Gündəm 

Azərbaycanda ən baha və ən ucuz kreditlər hansı regionlarda verilir? – SİYAHI

Bu ilin noyabrın 1-nə Bakı iqtisadi rayonuna banklar tərəfindən kredit qoyuluşları 20 milyard 808 milyon 505 min manat təşkil edib.

Bu barədə Musavat.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı iqtisadi rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhərində verilən ümumi kreditlərin orta faiz dərəcəsi 11,68% təşkil edib. Burada milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 13,36%, sərbəst dönərli valyutada isə 5,43% olub.

Bu dövrdə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 182 milyon 130 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19,21% təşkil edib. Burada milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 19,24%, sərbəst dönərli valyutada isə 7,52% olub.

Qeyd edək ki, noyabrın 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27 milyard 80 milyon 522 min manat təşkil edib.

Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələrini təqdim edirik:

Regionların adı Ümumi kreditlər (min manat) Orta % dərəcəsi Milli valyutada olan kreditlər Milli valyutada kreditlərin orta % dərəcəsi Sərvəst dönərli valyutada olan kreditlər (SDV) (min manat) Sərvəst dönərli valyutada olan kreditləRin orta % dərəcəsi
Bakı iqtisadi rayonu 20,808,505 11.68% 16,407,450 13.36% 4,401,055 5.43%
Naxçıvan iqtisadi rayonu 416,561 14.39% 416,280 14.40% 281 5.78%
Abşeron-Xızı iqtisadi rayonu 1,011,640 16.00% 965,393 16.46% 46,247 6.51%
Dağlıq Şirvan iqtisadi rayonu 182,130 19.21% 181,685 19.24% 445 7.52%
Gəncə-Daşkəsən iqtisadi rayonu 802,999 17.08% 786,200 17.34% 16,799 5.09%
Qarabağ iqtisadi rayonu 480,554 18.89% 479,733 18.91% 821 7.88%
Qazax-Tovuz iqtisadi rayonu 509,094 18.44% 501,056 18.65% 8,037 5.69%
Quba-Xaçmaz iqtisadi rayonu 454,172 17.30% 441,669 17.60% 12,504 6.40%
Lənkəran-Astara iqtisadi rayonu 628,674 19.01% 627,106 19.04% 1,568 7.42%
Mərkəzi Aran iqtisadi rayonu 536,532 18.65% 531,600 18.76% 4,932 6.31%
Mil-Muğan iqtisadi rayonu 288,470 18.83% 288,465 18.83% 5 15.01%
Şəki-Zaqatala iqtisadi rayonu 533,887 16.57% 455,379 18.29% 78,508 6.56%
Şərqi Zəngəzur iqtisadi rayonu
Şirvan-Salyan iqtisadi rayonu 427,305 18.73% 411,308 19.23% 15,997 6.06%

Daha çox xəbərlər