Hava 

Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Daha çox xəbərlər