Cəmiyyət 

“Ailənin tək övladları sülh sazişindən sonra hərbi xidmətə getməyə bilər” – Ekspert

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Bu təklifdən sonra cəmiyyətdə ailənin tək övladlarının hərbi xidmətə aparılmaması da gündəmə gəlib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, tək övladların hərbi xidmətə aparılmamasını Azərbaycan-Ermənistan sülh sazişi bağlanandan sonra müzakirə etmək olar:

"Ailənin tək övladları sülh sazişindən sonra hərbi xidmətə getməyə bilər" - Ekspert“Tək övladların hərbi xidmətə aparılması qanunla təsbit edilib.2008-ci ildən sonra tək övladların hərbi xidmətə aparılması qanunda öz əksini tapdı. Bu günlərdə hərbi xidmət keçmə haqqında əsasnamədə yaş həddinin dəyişdirilməsi müzakirə olunur. Tək övladların hərbi xidmətə cəlb edilməsi parlamentdə müdafiə təhlükəsizliyi və korrupsiyaya qarşı mübarizə komitəsinin qanunvericiliyə verdiyi təkliflər üzərindən həyata keçirilməlidir. Bu təklif verilməyib. Bu, o deməkdir ki, qanunda öz əksini tapmayacaq. Amma zaman-zaman cəmiyyətin müxtəlif təbəqələrində öz əksini tapması yönündə arzular bildirilir. Düşünürəm ki, tək övladların hərbi xidmətə aparılmamasını Azərbaycan-Ermənistan sülh sazişi bağlanandan sonra müzakirə etmək olacaq”.

Daha çox xəbərlər