Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yastıq altındakı pullar – Bakıda beş ev almaq, yoxsa?

By Vüsal Rafiqoğlu
20.12.2024 4 Min Read

İqtisadçı deyir ki, pulun yaxın müddətdə artırılmasının ən sərfəli variantı bank depozitləridir

Azərbaycanda əhalinin banklara əvvəlki inamı qalmayıb. Müstəqillik dövründən bəri vətəndaşlar dəfələrlə banklarla problem yaşayıb. Yaxın keçmişdə bir neçə bankda ciddi böhran yaşandı, bəziləri bağlandı və vətəndaşlar bundan kifayət qədər əziyyət çəkdilər. Hələ də bağlanmış banklarda qalan pullarını ala bilməyən insanlar var və onların işləri məhkəmədədir. Ölkədə digər banklara depozit qoyanlar olsa da, işin riskli tərəfi həmişə onları qorxudur.

Bəs insanlar pulunu necə artırsın? Həmişəki kimi, daşınmaz əmlak liderdir. Məsələn, 2012-ci ildə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı ərazidə beşmərtəbəli binalarda ikiotaqlı mənzilin qiyməti təxminən 55 min dollar idi. İndi həmin mənzili 100 min manata almaq mümkündür. Yəni 58-59 min dollara mənzil sahibinə çevrilmək olar. İlk baxışdan dollarla qiymət çox artmayıb. Nəzərə alaq ki, 2015-ci ildə iki dəfə devalvasiya olub və bu da mənzillərin yetərincə dəyərli olmasına imkan verməyib. Göründüyü kimi, istənilən halda qiymət yüksəlib. Pulunu artırmaq istəyən şəxs həmin vaxt mənzil alaraq kirayəyə verməyə başlasaydı, indiyə ortaya qoyduğu pulun azı yarısı qədər qazanc əldə edərdi.

Mütəxəssislər bir də qızıl almağı tövsiyə edir. Burada isə qiymətli daşı məhz külçə formada əldə etmək məsləhət görülür. Kriptovalyuta sayəsində qazanc əldə edənlər də az deyil. Lakin bunun risk tərəfi həmişə yüksəkdir. Varlandığınız sürətlə müflis də ola bilərsiniz.

REAL-ın yeni sədri Natiq Cəfərli olacaq?

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli  “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yaxın müddətli hədəflərdə pulun artırılmasının ən sərfəli variantı bank depozitləridir. Çünki bank depozitlərində 12 faiz gəlir verən banklar da var:  “Orta və uzun müddətli gəlirlə bağlı isə bəzi problemlər yarana bilər. Çünki manatın taleyinin bir neçə il sonra necə olacağı bəlli deyil. İnsanları devalvasiyanın olub-olmayacağı narahat edir. 2026-cı ildə belə bir problemlə qarşılaşa bilərik.

Ona görə də orta və uzun müddət üçün manat depozitlərinin müəyyən problemləri qaçılmazdır. 

Qızılla bağlı narahatlıq isə ondan ibarətdir ki, onu alanda baha, satanda isə ucuz olur. Belə olan halda isə pul itirirsən. Ona görə də qızılı uzunmüddətli yatırım kimi saxlamaq daha faydalıdır. Qızılın qiymətinin bir neçə ilə artması ehtimalı yüksəkdir.Çünki dünyada iqtisadi çətinliklər, geosiyasi gərginliklər artdıqca qızılın qiyməti də artır və güvənli liman rolunu oynayır. Əgər uzunmüddətli yatırım etmək istəyənlər varsa, burada qızıl önəmlidir. Son bir ildə qızılın qiyməti 25 faiz artıb.  Daşınmaz əmlak isə Azərbaycanda çox bahalaşıb. 150 minlik bir evi alıb, icarəyə versəniz, ən yaxşı halda təqribən 25 ilə qoyduğunuz pulu götürə biləcəksiniz.

Dünyada isə daşınmaz əmlakın qiyməti ilə onun icarəsindən gələn gəlir 8-10 il arasında olur və bu, daha yaxşı yatırım sayılır. Ona görə də pul artırılması insanların əlində olan vəsaitin həcmindən və onların planlarından asılıdır. Amma ümumilikdə yenə qeyd edim ki, qısamüddətli ən gəlirli sahə bank depozitləridir”.

Ekspert deyir ki, banklarla bağlı risklər var. Buna görə də vətəndaşlar daha çox sistemyaradıcı banklara müraciət etməlidir: “Ölkədə 4-5 bank var ki, onların bağlanması mümkün deyil. Əgər onlar bağlansa, ölkənin iqtisadiyyatı çökər. Ona görə də bank seçimində yüksək faizdən əlavə, bankların dayanıqlı olmasına vətəndaşlar mütləq fikir verməlidir. 

Bu günə kimi bağlanan banklarla bağlı ciddi məsələlər var. Vətəndaşlardan çox özəl sektorun əmənatləri ilə bağlı problemlər qalır. Vətəndaşın banklarda qalan pullarını gec də olsa geri almaq şansı var, amma elə özəl qurumlar var ki, onların vəsaiti hələ də qaytarılmayıb”.

Azərbaycanda yeni “dəb”- 60 yaşda boşanma...

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə banklarla bağlı inam böhranı yaranıb: “Vətəndaşlar banklara pul yatırdılar, onlar isə xaotik vəziyyətdən istifadə edərək insanları aldatdılar. Nəticədə vətəndaşlarda onlara qarşı inamsızlıq yarandı. Bundan sonra əhali daşınmaz əmlaka yatırım etdi və pulu evdə saxlamağa üstünlük verdi. Bu gün vətəndaş banka pulunu qoymağa ürək etmir. Eyni zamanda digər məsələ ondan ibarətdir ki, banklar cuzi faizlə vətəndaşlardan pulu qəbul edir, ancaq özləri kredit verərkən çox böyük faiz qoyurlar. Bu da vətəndaşa cəlbedici görsənmir. İnsanlarda böyük pul kütləsi var və onu uyğun yerlərdə saxlayırlar. Bu vəziyyətdə dövlət uduzur, çünki vəsaitlər “ölü kapital” kimi evlərdə qalır və iqtisadiyyata töhfə vermir. Hesab edirəm ki, Azərbaycanda vətəndaş-bank münasibətlərində şəffaf yanaşmaya və daha səmimi ortama ehtiyac var. Əks təqdirdə, bank-vətəndaş məsafəsi daha da dərinləşəcək. Bu hal nə vətəndaşın xeyrinədir, nə də dövlətin. Çox yaxşı olardı ki, banklar vətəndaşlara motivasiyalı faizlər təklif etsinlər, həm də etibar vəd etsinlər.  Vətəndaş müraciət edəndə bankdan pulunu götürmək imkanı olsun, bürokratik əngəllərlə qarşılaşmasın. Eyni zamanda fors-major hadisələr zamanı indeksasiya düzgün aparılmalıdır. Vətəndaş bilsin ki, böhran olarsa, pulu indeksasiya olunacaq və böhrandan salamat çıxacaq”.

Sosioloq deyir ki, vətəndaşlar gəlir əldə etmək üçün sələmə pul verirlər və bunun qurbanına çevrilirlər: “Bunun axırı isə yaxşı sonlanmır və böyük cinayət hadisələrinə qədər gəlib çıxır. Ona görə də ən yaxşısı pulların banklara qoyulmasıdır. Bunun üçün isə bankla vətəndaş arasında inam körpüsünü bərpa etmək lazımdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah da yağış yağacaq

Next

Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv