Hadisə 

Vəfat edən aktyorun xanımından açıqlama: “Yaşamaq istəyirdi, amma…”

“Yalçının təzyiqi düşüb. Həkimlər nə qədər çalışsalar da, onun təzyiqini qaldıra bilməyiblər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun həyat yoldaşı Səbinə Səlimova deyib.

O bildirib ki, həyat yoldaşı həm də dializ xətəsi imiş:

“Dializ olunanda təzyiqi enib. Baxıblar ki, vəziyyəti pisdir, reanimasiyaya yerləşdiriblər. 3 gündür orda idi. Yanına da buraxmadılar. Gecə saat 4:00-da xəbər etdilər ki, Yalçın dünyasını dəyişib. Onun ciyərləri dəyişəndən sonra yaxşı idi, amma ötən il qəfildən sarılıq keçirdi. Onda həkimlər stend qoydu. Stendən sonra böyrəkləri iflas etdi”.

Səbinə Səlimova həyat yoldaşının çox əziyyət çəkdiyini vurğulayıb:

“Xəstəlikdən gözü açılmadı, biri sağalanda biri başladı. Qutu-qutu dərmanlar qəbul edirdi. Sanki çörək əvəzinə dərman yeyirdi. Yaşamaq istəyirdi, amma olmadı”.

Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov dünyasını dəyişib.

Xatırladaq ki, bir müddət öncə aktyor qaraciyər sirrozundan əziyyət çəkib və aktyora qaraciyər köçürülmüşdü.

Daha çox xəbərlər