Region Xəbərləri 

Bərdədə prezidentin ad günü münasibətilə minlərlə ağac əkildi – FOTO 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən rayonun Əyricə kəndi ərazisində yaşıllıq sahələrinin davamı olaraq geniş ərazidə ağacəkmə aksiyası keçirilib.

 

Aksiyada Ekologiya və təbii sərvətlər nazirliyinin bir sıra qurumları ilə bərabər Bərdə rayon icra hakimiyyətinin əməkdaşları, Bərdə rayon ağsaqqallar şurasının əməkdaşları qeyri-hökumət təşkilatları və ictimaiyyətin ümumilikdə 200-ə yaxın nümayəndəsi iştirak edib.

 

1 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb, 13 saylı Regional Meşə idarəsinin daxili imkanları hesabına yeni salınmış 40 hektardan çox ərazidəki şum işləri aparılaraq yeni yaşıllıq sahələrinin artırılması nəzərdə tutulur.

 

Aksiyada çıxış edən 13 saylı Regional Meşə İdarəsinin müdiri Məzahir Qasımov bildirilib ki, aksiyanın keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.

 

Qeyd edək ki, yaşıllıqların salınmasında həm ekoloji, həm də iqtisadi faydası olan şam və çinar ağaclarından istifadə olunub.

Daha çox xəbərlər