Hadisə 

Bakıda iki yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

Suraxanı rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib.

2016-ci il  təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.oxu.az

Daha çox xəbərlər