Siyasət 

Azərbaycanın ZƏNGƏZUR PLANI: Bakı tarixi fürsəti ƏLDƏN VERMƏYƏCƏK

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində regionda cərəyan edən proseslərə, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün 2020-ci ildə üç ölkə liderinin imzaladığı Üçtərəfli Bəyanata diqqət çəkib. Bildirib ki, həmin razılaşmaya uyğun olaraq Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana birbaşa əlaqə təmin olunmalıdır.

Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib”.

Azərbaycanın ZƏNGƏZUR PLANI: <span style=color:red>Bakı tarixi fürsəti ƏLDƏN VERMƏYƏCƏK - FOTO

Dövlət başçısı İ.Əliyev Azərbaycanın səbrinin tükənməz olmadığını xatırladıb: “Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Azərbaycan Prezidentinin fikirlərini Medianews.az-a şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, ölkə başçısı İ.Əliyev əsl lider kimi hər zaman milli-dövlətçilik maraqlarını prinsipiallıqla müdafiə edib, gələcəyə hesablanan qətiyyətli addımlar atıb.

Azərbaycanın ZƏNGƏZUR PLANI: <span style=color:red>Bakı tarixi fürsəti ƏLDƏN VERMƏYƏCƏK - FOTO

O, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində tarixi ədalətin bərpa olunması nöqteyi-nəzərindən bir daha bu mövqeyi nümayiş etdirdiyini dilə gətirib: “Ötən gün Azərbaycan Prezidentinin tarixi çıxışını böyük maraq və diqqətlə dinlədim. Səsləndirilən fikirlər, irəli sürülən arqumentlər bizi fərqli bir şəxslə tanış etdi. Bu mənada o tarixi bir tərəfə yazmaq lazımdır. Çünki 7 yanvar 2025-ci ildə Azərbaycan Zəngəzur planını rəsmi olaraq elan etdi. Buna qədər beləmi olub, beləmi idi? Nə isə demək çox çətindir. Azərbaycan Prezidenti vurğuladı ki, son dörd ildir ki, həyatı tam fərqlidir. Bəs, bu fərqli olan nə idi? Azərbaycan imperiya olubmu? Mən dünən ölkə rəhbərinin özünüifadə əminliyində bir imperiya instinkti gördüm. Nitqi, davranışı və coğrafiyası bunun dəqiq ifadəsi idi. O, Qərbi Azərbaycan demədi əslində, Azərbaycanın qərbi dedi. Axı imperial güc olmadan onun instinktlərini göstərmək qabiliyyətinin sosial tarixi səbəbi olmalıdır. Burada güclü olmaq instinkti ön plana çıxır”.

Azərbaycanın ZƏNGƏZUR PLANI: <span style=color:red>Bakı tarixi fürsəti ƏLDƏN VERMƏYƏCƏK - FOTO

Ekspert tarixin Azərbaycana inanılmaz fürsət verdiyini xatırladaraq, bu fürsətdən yararlanmağın vacib olduğunu vurğulayıb: “Gedişat dünyanı yenidən bölünməyə doğru aparır, hər güc öz coğrafiyasını bölür deməliyikmi? Qafqaz bizim təbii hakimiyyət bölgəmiz deyilmi? Azərbaycandan dörd tərəfə çıxdıqda yenə də bir növ Azərbaycandır axı, əhalinin milli tərkibi, tarixi bağlılıq və birgə dəyərlər. Tramp fenomeni, üzü Kanada, Qrenlandiya, burada Ukrayna, orada İran və s. Axı gücün mahiyyəti çoxşaxəli və mürəkkəb bir konseptdir. Onun təbiəti fəlsəfi, siyasi, psixoloji və sosial kontekstlərdə müxtəlif formalarda təfsir olunur. Tarix bizə inanılmaz bir fürsət verirsə, öz bölgəmizi kənardan gələnlərəmi təslim edəcəyik?”

Daha çox xəbərlər