Gecə saatlarında avtomobillərə hücum edənlərin ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Bakı-Qazax yolunda gecə saatlarında küt alətlə maşınlara hücum edən şəxslərin görüntüsü yayılıb.
ARANTV.AZ xəbər verir ki, sürücü Xəyal Bayramov bildirib ki, sentyabrın 10-na keçən gecə Şəmkir postundan Gəncə postu istiqamətində hərəkətdə olarkən magistral yolun ortasında dayanmış 3-4 nəfərin əllərindəki küt alətlərlə hərəkətdə olan avtomobillərə hücum etdiyini görüb. O sürücülərin magistralda hərəkətdə olarkən ehtiyatlı olmalarını, gecə saatlarında tanımadıqları şəxslərə maşın saxlalamamlarını tövsiyə edib.
Baş vermiş hadisənin avtomobilin video-registratoru tərəfindən lentə almış görüntülərini təqdim edirik.
Muxtar
Publika.az

