Müdafiə sahəsində əməkdaşlıq mühüm sahələrindən biri olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə görüş baş tutub. Bu görüş ölkələrimiz arasında dostluq münasibətini möhkəmləndirəcək, yeni səhifələr, yeni yollar açacaq. Ölkələrimiz arasında çox saylı qarşılıqlı maraq doğuran məsələlər vardır. Dövlətlər arasında imzalanmış sənədlərlə hər iki ölkənin bir çox sahələrində inkişaf gözlənilir. Hər iki ölkə ərazi bütövlüyünə və ölkənin suverenliyinə, həmçinin terrorçuluğa və ekstremizmə qarşı mübarizəyə ortaq mövqeleri vurğulanıb.
Müzakirə olunan mövzulardan ən vaciblərdən biri də təhsil sahəsidir.Artıq bu sahədə bir neçə addımlar atılmışdır. Beləki , Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu imzalanmış sənəd əsasında deyə bilərik ki, bu tələbələrin sayı gələcəkdə daha da artırılacaq.Bu addımla tələbələr ölkəmizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı əldə edəcək . Belə fürsətlər Somalinin iqtisadi inkişafına fayda verəcək.
Bundan əlavə olaraq, ölkənin müdafiəsi əməkdaşlığımızın mühüm sahələrindən biridir. Müdafiə sahəsində əməkdaşlıq, təlim və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud öz çıxışında bildirib ki, Azərbaycan kimi yaxşı tərəfdaşla ölkəmizin potensialı üzə çıxacaq. Biz müəllimlər də düşünürük ki, Azərbaycan dövlətinin başqa ölkələrlə tərəfdaşlığı nə qədər çox olarsa, dövlətimizin gələcək inkişafına bir o qədər tövfə verər.
Kəmalə İsmayılova,
Xətai rayonu, 24 nömrəli məktəbin ibtidai sinif müəllimi