Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yaşıl enerjiyə yaşıl işıq

By Vüsal Rafiqoğlu
04.03.2025 3 Min Read

Ölkəmizin bərpaolunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir

Bu gün Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biri kimi tanınır. Allahın lütfündəndir ki, ölkəmiz 11 iqlim qurşağının 9-na sahibdir. Bu isə o deməkdir ki, Azərbaycanın zəngin olması üçün təbii mühit kifayət qədər əlverişlidir. Nahaq yerə «Günəşli Azərbaycan» demirlər. Ölkəmizdə il boyu günəşli günlərin sayı 288-dir. Bundan başqa, paytaxtımızı həm də «küləklər şəhəri» adlandırırlar. Demək, bərpaolunan enerjinin əldə edilməsi üçün təbiət bizə lazım olanı vermişdir. Həmçinin gursulu çaylarımz da yaşıl enerjidən bəhrələnməyimiz üçün digər vasitədir.

Hazırkı statistikaya nəzər salsaq görərik ki, bu gün ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. Onların iqtisadi potensialı isə 27 QVt təşkil edir ki, bu da külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji üzrə 380 MVt və dağ çaylarının potensialı üzrə 520 MVt deməkdir. Bu səbəbdən zəngin enerji resurslarına və dünya miqyasında böyük enerji ixracatçısı statusuna malik olmasına baxmayaraq, Azərbaycan təmiz enerji istehsalını genişləndirmək və dünyaya bərpaolunan enerji ixrac etməyi planlaşdırır.

Artıq 2024-cü ilin ilk 11 ayında külək elektrik stansiyalarında 45,8 milyon kilovat/saat, günəş elektrik stansiyalarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə artımla 487,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bundan əlavə, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 166,8 milyon kilovat/saat (illik 6,9 % artım) elektrik enerjisi istehsal olunub. Bu nəticələr Azərbaycanın qalıq yanacaqlardan asılılığını azaltmaq istiqamətindəki iradəsinin göstəricisidir.

Ölkəmiz COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə keçirilən hərracın qalibi elan olunub. Stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır və hər il təxminən 260 milyon kilovat/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu isə ildə 57 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan yaradacaq.

Həmçinin COP29 çərçivəsində SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» və Səudiyyə Ərəbistanının «ACWA Power» şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu layihə Azərbaycanın külək enerjisi potensialını reallaşdırmaqla yanaşı, ölkənin təmiz enerji istehsalını artıracaq və beynəlxalq iqlim məqsədlərinə töhfə verəcək.

Azərbaycan bərpaolunan enerji sahəsində müxtəlif strateji təşəbbüslərlə fəal addımlar atır. Məsələn, 2023-cü ildə ölkədə bərpaolunan enerjinin istehsal gücü 373,6 meqavat artıb. Bu göstəricidə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) xüsusi rolu var. «Masdar» şirkəti tərəfindən inşa edilən və ümumi gücü 230 meqavat olan stansiya istifadəyə verildiyi ilk ildə 458,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edib.

Həmçinin «ACWA Power» şirkəti tərəfindən inşa edilən və ümumi gücü 240 meqavat olan Xızı-Abşeron Külək Elektrik Stansiyasının isə yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılır. Gözləntilərə görə, stansiya ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək ki, bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan çox karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

İşğaldan azad edilmiş ərazilərdə də yaşıl enerji zonalarının yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Əsas məqsəd bu əraziləri yaşıl enerji zonasına çevirməkdir. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 9 200 meqavat bərpaolunan enerji potensialı mövcuddur. Bunlardan 7 200 meqavatdan çoxu günəş, 2 000 meqavatı isə külək enerjisi üzrə potensialdır. Xüsusilə Füzuli, Cəbrayıl və Zəngilan rayonları günəş enerjisi potensialı ilə, Laçın və Kəlbəcər rayonları isə külək enerjisi imkanları ilə zəngindir.

Hazırda Cəbrayıl rayonu ərazisində 240 meqavat gücündə «Şəfəq» Günəş Elektrik Stansiyasının tikintisi davam edir. Laçın və Kəlbəcər rayonlarında isə 400 meqavat gücündə külək elektrik stansiyalarının inşası planlaşdırılır. Bununla yanaşı, Qarabağın yerli su ehtiyatlarının 25 faizə qədərinin bu ərazilərdə formalaşdığını nəzərə alaraq, burada geniş hidroenerji potensialının mövcud olduğunu da vurğulamaq olar.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb

Next

Könüllülük fəaliyyəti cəmiyyətə necə təsir edir?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv