Cəmiyyət 

Ətin bahalaşmasının ƏSL SƏBƏBİ: Deputatdan heyrətamiz AÇIQLAMA

Deputat Tahir Rzayev deyib ki, körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur:

“7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır.

Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”, – deputat vurğulayıb.

Deputatın fikirlərində nə qədər həqiqət var?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı bu mövzuda bir qədər fərqli düşündüyünü deyib:

“Heyvanı iri çəkidə satmaq, yoxsa az çəkidə satmaq qərarı sahibkara məxsusdur. O bir neçə aylıq olarkən satırsa deməli, ona iqtisadi cəhətdən belə sərf edir. Çünki o heyvanı böyütmək üçüm əlavə zaman itirir, əlavə yem məhsulları üçüm pul xərcləyir. Böyüyən heyvanda əldə edilən gəlirin rentabellik səviyyəsi daha aşağı olur. Buna görə də sahibkar heyvanı tez satır və əvəzində yenisini böyüdür.

Yəni bir ildə X qədər heyvan satmaq əvəzinə, tez satıb yenisinə qulluq etməklə bir ildə kiçik olan amma 2X qədər heyvan satır.

Bir sözlə, bunu bazar tənzimləyir. Dövlətin belə işlərə müdaxilə etməsi yolverilməzdir.

Çünki bu nəinki iqtisadi baxımdan doğru deyil. Bunun həm də digər mənfi təsirləri olacaqdır.

1.Qadağalar quzu ətinin qiymətləri kəsin artıracaq

2.Şəffaflığa mənfi təsir edəcək

3.Qəssablara və ictimai iaşə obyektlərində yoxlamalar artacaq

Daha çox xəbərlər