Başına kötük düşdü, öldü
Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.
ARANTV.AZ BiG.AZ-a istinadən xəbər verir ki, hadisə rayonun Əlinağılar kəndi ərazisində olan meşə massivində qeydə alınıb.
Ərazidə odun doğrayan kənd sakinləri yola düşən ağac kötüklərin mal heyvana dəyməməsi üçün həmkəndliləri olan, 1971-ci il təvəllüdlü Elman Tağıyevi yolda saxlayıblar. Hündürlükdən yola yuvarlanan kötük E. Tağıyevin üstündən keçib. Ağır xəsarə alan iki uşaq atası olan 48 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

