Hadisə 

Qaraçuxurda manyak peyda olub? – RƏSMİ AÇIQLAMA

Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.

“Tərəflər verdikləri izahatda bunun anlaşmazlıq olduğunu bildiriblər”, – Lumu İsrəfilli qeyd edib.

Daha çox xəbərlər