Siyasət 

İsrail Prezident İlham Əliyevə təşəkkür etdi

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Azərbaycanda Türkiyə nümayəndələri ilə birbaşa danışıqlar aparıldığını təsdiqləyib.

ARANTV.AZ  xarici agentliklərə istinadən xəbər verir ki, İsrail tərəfi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Ofisin açıqlamasında qeyd edilir ki, Baş nazir Benyamin Netanyahunun göstərişi ilə dünən İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbinin başçılıq etdiyi hərbi-siyasi nümayəndə heyəti, o cümlədən Müdafiə Nazirliyi və təhlükəsizlik orqanlarının nümayəndələri və onların türk həmkarları arasında görüş keçirilib:

“Hər bir tərəf regionda öz maraqlarını təqdim etdi. Yaxın Şərqdə sabitliyin qorunması naminə dialoqun davam etdirilməsi ilə bağlı razılıq əldə olundu”.

Daha çox xəbərlər