Gündəm 

BMT eksperti: “ASAN Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib”VİDEO

BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvü Najat Zarruk BMT-nin plenar sessiyasında Azərbaycanın ASAN modeli ilə bağlı fikirlərini bolüşüb.

ARANTV.AZ  xəbər verir ki, Najat Zarruk bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ASAN xüsusi və ilhamverici bir təcrübəyə çevrilib.

“Bu, ölkəniz üçün bir qürur məsələsidir, çünki hər şey ilk növbədə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilir. Məhz bu cür liderlərə bizim dünyamızın ehtiyacı var, xüsusən də bu qədər çətin və mürəkkəb bir dövrdə. Onun rəhbərliyi ilə ASAN xüsusi və ilhamverici bir təcrübəyə çevrilib. Bu təcrübə insan hüquqlarına, insan ləyaqətinə və rifahına əsaslanır. ASAN vətəndaşlara, əhaliyə, kənd icmalarına müxtəlif kanallar vasitəsilə çox səmimi mühitlərdə xidmət göstərir. Mən bir neçə “ASAN xidmət” mərkəzini ziyarət etmişəm və texnologiyadan necə ağıllı şəkildə istifadə edildiyini görmüşəm. Mənim bəyəndiyim digər bir cəhət isə könüllülərin səfərbər edilməsidir”,-deyə Najat Zarruk bildirib.

Daha ətraflı videoda:

 

8723a277-9f73-4b90-a25e-5b2ee7b227b8.jpeg (1.16 MB)

Daha çox xəbərlər