Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində qəsəbə sakini Elsevər Kərimli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Hakim Şiriyevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
teleqraf.com
