Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dünya Bankı: Azərbaycan emissiyalarla ÜDM artımı arasındakı əlaqələrin qırılmasına yaxınlaşır

By Vüsal Rafiqoğlu
17.04.2025 2 Min Read

Avropa və Mərkəzi Asiya (AMA) regionunun orta gəlirli ölkələri (o cümlədən Azərbaycan) iqtisadi artım və tullantıların artması arasındakı əlaqələrin qırılması kimi mühüm bir mərhələyə yaxınlaşır.

“Report” Dünya Bankının hesabatına istinadən xəbər verir ki, indiyədək bu nəticə əsasən yüksək gəlirli ölkələrdə əldə edilib.

“Enerji səmərəliliyinin artırılması və karbondan daha az asılı, daha az emissiyalı və daha çox enerji təhlükəsizliyinə malik iqtisadiyyata doğru keçid AMA-da davamlı inkişafın mühüm şərti olaraq qalır”, – hesabatda deyilir.

Dünya Bankı AMA ölkələri arasında Xorvatiya, Polşa və Rumıniyanı yüksək gəlirli kimi təsnif edir. Orta gəlirli ölkələrə Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Moldova, Monteneqro, Şimali Makedoniya, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və Özbəkistan daxildir.

“AMA inkişaf etməkdə olanlar arasında ən çox enerji tutumlu regiondur. Dünyada ən yüksək enerji subsidiyalarından biri də bu regiondadır. ÜDM vahidinə enerji istehlakı Şərqi Asiya və Sakit Okean regionu ilə müqayisədə 1,5 dəfə, Aİ ilə müqayisədə isə 2,5 dəfə yüksəkdir. Enerji islahatları köhnəlmiş dövlət müəssisələri, bazar və tənzimləyici maneələr tərəfindən əngəllənir”, – hesabatda deyilir.

Qeyd olunur ki, bazar islahatlarının irəlilədiyi və rəqabətin yarandığı AMA ölkələrində, Çin, Avropa və ABŞ-də olduğu kimi, “yaşıl” texnologiyaların ÜDM-in artımına və məşğulluğa təsiri nəzərə çarpır.

Xorvatiya, Polşa, Rumıniya və Türkiyə regionda günəş və külək enerjisinin inkişafı üzrə liderlik edir. Burada elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 15 %-ə çatıb ki, bu da dünya üzrə orta göstəriciyə uyğundur, lakin Almaniya və Böyük Britaniya kimi lider ölkələrin (30 %) göstəricilərindən aşağıdır. Bununla belə, əksər AMA ölkələrində innovativ aktivliyin aşağı olması səbəbindən belə texnologiyaların tətbiqi dövlət dəstəyi olmadan mümkün deyil.

Hesabat müəlliflərinin fikrincə, direktiv orqanlar Çin, Aİ və ABŞ-dən nümunə götürərək texnoloji keçidi sürətləndirmək üçün sənaye siyasətindən istifadə edə bilərlər, lakin bununla eyni vaxtda təhsilə və rəqabət mühitinin inkişafına investisiya ilə dəstəyi balanslaşdırmaq vacibdir.

“İri dövlət müəssisələri sektorda üstünlük təşkil etməkdə davam edir: onlar elektrik enerjisi şəbəkəsinin 100 %-nə, generasiya güclərinin 80 %-nə (dünya üzrə orta göstəricidən iki dəfə çox) və paylayıcı şəbəkənin 65 %-dən çoxuna nəzarət edirlər. Eyni zamanda belə şirkətlərin təxminən 30 %-i ziyana işləyir ki, bu da orta gəlirli ölkələrlə müqayisədə iki dəfə çoxdur”, – Bankdan qeyd ediblər.

Həmçinin vurğulanır ki, özəl şirkətlərin əksəriyyəti elektrik şəbəkəsinə qoşulmaqda çətinlik çəkir – 80 %-dən çoxu bunu yüksək risklərlə əlaqələndirir. İnfrastruktura əhəmiyyətli investisiyalar olmadan region ölkələri, o cümlədən Azərbaycan günəş və külək enerjisinin potensialından səmərəli istifadə edə bilməyəcək.

Dünya Bankının ekspertlərinin fikrincə, aşağı karbonlu iqtisadiyyata uğurlu keçid yaxşı düşünülmüş addımlar ardıcıllığını tələb edir: “Enerji qiymətlərinin artması həssas ailə təsərrüfatlarına və enerji tutumlu biznesə təsir edə, büdcələrə təzyiqi artıra bilər. Buna görə də ehtiyacı olanlara ünvanlı dəstək göstərmək və səmərəsiz təcrübələrin və şirkətlərin bazara çıxardığı “asan həll yollarından” qaçmaq vacibdir”.

Dünya Bankının qiymətləndirməsinə görə, qalıq yanacaq subsidiyalarının azaldılması resursların daha səmərəli bölüşdürülməsi üçün imkanlar açacaq və enerji keçidini sürətləndirəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Azərkosmos”da satınalma və mükafatlarla bağlı ciddi nöqsanlar aşkarlanıb

Next

Gürcüstan prezidenti xarici qrantları qadağan edən qanunu imzaladı

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv