Soyqırımı və terror – Erməni xisləti
Erməni xislətinin, yalanlarının, qaniçənliyinin mahiyyətini açıqlayan tanınmış yazıçılar, siyasətçilər də bildirirlər ki, daşnakların Türkiyə və Azərbaycan haqqında reallığı əks etdirməyən fikirlərini əsası yoxdur.
Bu həqiqəti təsdiqləyən nümunələr çox olsa da onlardan yalnız birini xatırlatmaqla erməniliyin nə olduğunu dərk etmək çətin deyil.
Fransız yazıçısı Aleksandr Düma (Ata) daşnaklar haqqında açıqlamasında yazırdı: «Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər.» Bu kəlmələr hazırda erməniləri dəstəkləyən fransız xalqına mənsub, dünya ədəbiyyatına incilər bəxş etmiş bir yazıçının sözləridir.
İki əsrdə türklərə qarşı nifrətlərini törətdikləri soyqırımlarla bildirən daşnakların müasir dövrümüzdəki nümayəndələri də eyni ideologiya əsasında formalışıblar.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın «Yerkrapa» terrorçu qruplaşması qarşısındakı çıxışının səs yazısına diqqət yetirək: «Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi – Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”.»
Hayastanın digər keçmiş prezidenti, Türkiyənin Şərqində yerləşən və daşnakların «Qərbi Ermənistan» torpaqları” adlandırdıqları Ağrı Dağ bölgəsinin geri alınmasını gələcək nəsillərə tövsiyə edərək separatizmi dəstəkləyən Serjik Sarkisyanın Ermənistanda keçirilən erməni dili və ədəbiyyatı yarışmasında iştirak edən şagirdlərdən birinin «Qərb torpaqlarımızı Ağrı Dağla birlikdə geri ala biləcəyikmi»” sualına verdiyi cavabı xatırlayaq: «Bu sizin nəsildən asılıdır. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. 90-cı illərdə vətənimizin bir parçası olan Artsahı (Dağlıq Qarabağı) düşmənin əlindən qurtardıq. Hər nəslin bir vəzifəsi var. Sizin də gələcəkdə bizim kimi borcunuzu yerinə yetirib yetirməməyiniz birlik və bərabərliyinizdən asılıdır. Bir erməni xalqı hər zaman Anka (Simurq- red.) quşu kimi küllərdən dirilməyi bacarmışıq. Ermənistan müasir, təhlükəsiz və iqtisadiyyatda uğur qazanmış ölkə olarsa etibarı da o qədər yüksək olacaqdır”.»
Bu ölkənin daha bir sabiq başçısı, genlərindən qaynaqlanan qaniçənliyini soydaşlarımza qarşı dəfələrlə « sınaqdan keçirən», Xocalı qatillərindən olan Robert Koçaryan isə erməniləri guya ali irqə mənsub toplum ( onları millət adlandırmaq bəşəri dəyərlərə hörmətsizlik olardı) hesab edərək azərbaycanlılarla eyni məkanda yaşamağı özlərinə qarşı həqarət adlandırmışdır. Hələ türk uşağını divara mismarlayıb, dərisini soyan, yeniyetmənin bu əzaba neçə müddət dözəcəyini qəddarlıqla izləyən Zori Balayan, Silva Kapitukyan kimi digər daşnak ideoloqlarının, təbliğatçılarının sayıqlamalarını demirik. Erməni toplumundan formalaşmış, dünyada ən qəddar, qansız təşkilat adlandırılan ASALA kimi digər daşnak terror təşkilatlarının Türkiyənin, Azərbaycanın tanınmış siyasətçilərinə, dövlət xadimlərinə qarşı törətdikləri cinayətlərin sayı-hesabı yoxdur. Bu cür çirkablar mühitində böyüyən erməni gənclərində türkə nifrət hissinin yaranması anlaşılandır.
Həmin gənclərin bu günlərdə İrəvanda qondarma «erməni soyqırımı»nın 110 illiyi ilə bağlı «məşəl yürüşü» keçirmələri, Azərbaycan və Türkiyə əleyhinə əsassız iddialar səsləndirmələri vəhşi erməni ruhunun göstəricisidir. Meydana toplaşan, zehinləri zəhərlənmiş gənclər daşnakların ideyalarına sadiq qalacaqlarını «ermənilərin içindən yenə Teyleryan, Şirakyan (Tələt Paşa və Hilmi Paşanı qətlə yetirənlər) çıxacaq”» sözləri ilə terroru dəstəklədikləri bildirərək türkə nifrətin yaşam tərzləri, həyat fəlsəfələri olduğunu bəyan etmişlər. XXI əsrin gəncləri olsalar da qana həris ruhda böyüyən bu toplumun gorbagorlarından qalma «türkü və kürdü harda gördün, öldür!» ideyalarına sadiqliyi, qanlı zeyniyyətə mənsubluqları heyrət doğurur.
Ermənistana başçılıq edənlərin, deputatlarının, siyasi partiya rəhbərlərinin, dini sipər edərək soyqırımlara dəstək göstərən qaraginlərin, keşiş baqratların terroru açıq- aşkar dəstəkləmələri, kütləvi qırğınlarda iştirakları, törətdikləri soyqırımların dəhşətlərindən peşman olmamaları həqiqətən insanlıqdan kənar qaniçənlikdir. Türkə nifrəti daşnak ideologiyalarının ana xətti hesab edərək mənfur niyyətlərini yüz illərlə təbliğ etməklə kifayətlənməyib kilsələrdə silah gizlədənlər hələ də mövcuddur. Bu ideologiyanı yüz illərlə, planlı şəkildə həyata keçirən imperiyaların erməniləri dəstəkləmələrinin, yanları mərhələ-mərhələ Azərbaycanda yerləşdirmələrinin acı nəticələri 30 il işğal altında qalan torpaqlarımızda törədilən, artıq aşkarlanan erməni vəhşiliyinin izlərindən də bəlli olur. Erməniləri Azərbaycan ərazilərinə köçürənlərin mənfur niyyətlərinin nəticələri Xocalı soyqırımı, Başlıbel, Qaradağlı dəhşətləri, hələ də aşkarlanan kütləvi məzarlıqlar oldu. Yüz minlərlə soydaşımız Qərbi Azərbaycandan, Qarabağdakı ata-baba torpaqlarından zorla qovuldu. Özlərinə saxta tarixi formalaşdırmaq üçün işğal altında saxladıqları ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, qədim abidələri, albanlara məxsus kilsələri, məscidləri dağıdaraq erməniləşdirən separatçılar mədəniyyətimizə, adət- ənənələrimizə də əl gəzdiriblər. Bu gün qanla yazılmış «təcrübələrini» özlərinə məxsus ruhda, ideya əsasında böyütdüklərinə öyrədən «yan»lar hələ də qandan doymurlar.
Keçmişdə bu vəhşi topluma öz maraqları naminə dəstək göstərən imperiyaları bu gün əvəzləyən Fransa, Avropa İttifaqı (Aİ) «ermənilərin qədim tarixə mənsubluğunu» təsdiqləyən «sübutlar» toplayır, yalanları rəsmiləşdirməyə çalışırlar. Bilərəkdən erməniləri «tarixi köklərə malik» xalq kimi tanıtmaq üçün hər cür saxtakarlığa əl atırlar. Beynəlxalq aləmdə türkə nifrət hissini təbliğ edirlər. Təfəkkürlərində erməni faşizmini, terrora dəstək, insana nifrət ideyalarını formalaşdıran bu toplumun İrəvanda Hitler Almaniyasına xidmət edən, yüzlərlə insanın öldürülməsində əli olan Njdeyə abidə ucaltması, terrorçubaşı Monte Melkumyanı törəmələrinə qəhrəman kimi tanıtmaları bu gün də davam edir. Ermənistanın hazırkı rəhbərliyi belə ölkələrini daşnak ideologiyası ilə idarə edir, terrorizmin, revanşizmin çiçəklənməsinə münbit şərait yaradır. Nəticədə türkə düşmən, «qisas» ideologiyası gücləndirilir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına hər vasitə ilə maneçilik törədilir.
Qondarma erməni soyqırımı haqqında əsl həqiqətlərin aşkara çıxarılması üçün Ermənistandakı arxivlərin açılması ilə bağlı Türkiyənin təklifindən yayınan rəsmi İrəvanın təfəkküründə hələ də terrora dəstək ruhunun yaşanması təsdiqləyir ki, daşnak ideyası erməniliyin təhlükəli virusu kimi bu toplumu tamamən yoluxdurub. Cənubi Qafqazın tarixini doğru-düzgün bilməyən, regional əhəmiyyətindən xəbərsiz, Zəngəzur dəhlizinin açılmasına belə etiraz edən erməni gəncləri Hayastanın etnik təmizləmə siyasətinin daşıyıcılarıdırlar. 200 il mənfur niyyətlərinin əsiri kimi yetişdirilən gənclərə, yeniyetmələrə «türkə nifrət» hissini gücləndirən, həyat tərzlərinə çevirən erməni ideoloqları daxili çirkinliklərinin əsirinə çevriliblər. Amma onlar bir həqiqəti hələ də dərk etmirlər: Nə qədər teyleranlar, njdelər, montelər yetişdirsələr də torpaqlarımız uğrunda şəhid olmuş qəhrəman Mübarizlərimizin, Poladlarımızın yanında zərrəciklərdirlər.
Xuraman İsmayılqızı, «İki sahil»