Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qonşu ölkənin qardaş prezidentinin səfəri – Eyforiyaya qapılmayaq

By Vüsal Rafiqoğlu
30.04.2025 3 Min Read

İran və Azərbaycanın münasibətləri yeni mərhələyə adlamaqdadır. Bir neçə il öncənin gərginliyi xeyli dərəcədə zəifləyib.

Milli mənşəyi etibarilə Azərbaycan türkü olan, üzündə peşəsindən gələn mərhəmət ştrixləri açıq sezilən Məsud Pezeşkianın İran prezidenti seçilməsi və onun ölkəmizə səfəri aradakı buzları əridən amillərdən biridir.

Söz yox, başqa amillər də var. Onların sırasında ABŞ başda olmaqla kollektiv Qərbin İrana qarşı avantürist planlarına Azərbaycanın həmişə və birmənalı şəkildə “yox” deməsini göstərmək olar.
Eyni zamanda Tehranın israrla dəstəklədiyi, yardım göstərdiyi Ermənistanın ABŞ və Fransanın hərbçilərini, kəşfiyyat qruplarını gətirib İranın burnunun dibinə yerləşdirməsinin də ümumi atmosferə bir təsiri olmamış deyil.

İran rəhbərliyi bu “cici-bacılığa” qarşı sərt bəyanatlar verməsə də, Ermənistanın Qərbin plasdarmına çevrilməsindən xoşnud olmadığı birmənalıdır.

Pezeşkianın hələ prezidentliyə namizəd olarkən, daha sonra prezident kimi toplantılarda çıxış edərkən İranın və Azərbaycanın böyük şairi Şəhriyardan mənalı misralar söyləməsi, bu hərəkəti Bakıda da təkrarlaması ölkəmizdə onun şəxsiyyətinə böyük rəğbət və diqqət yaradıb.

Bu, müəyyən qədər hissə qapılmalara da gətirib çıxarıb. Ölkəmizdə Pezeşkianı İrandakı “milli-azadlıq hərəkatı”nın lideri əlbisəsi biçmək istəyənlər də az deyil.

Eyni zamanda İranın özündə Pezeşkianı “türk millətçisi” adlandıran, onun öz ana dilində danışmasını, şeir deməsini qılınclayan dairələr var.

Bir şeyi bilmək lazımdır. Məsud Pezeşkian nə qədər azərbaycanlı, təbrizli və qan qardaşımız olsa da, o, İran dövlətinin prezidentidir və İran vətənpərvəridir.

Ümumiyyətlə, İranda yaşayan azərbaycanlıların böyük əksəriyyəti, hətta sırf milli-azadlıq hərəkatının fəalları da İran vətənpərvərlidir. İranda yaşayan başqa etnik azlıqlardan azərbaycanlıların fərqi odur ki, onlar İran dövlətini özlərininki hesab edirlər.

İranda vaxtaşırı baş qaldıran inqilabi hərəkətlənmələrin mahiyyətinə diqqət yetirdikdə bunu asanlıqla görmək olur. Soydaşlarımızın məqsədi heç vaxt İranı parçalamaq, ayrıca dövlət qurmaq olmur. İranın bütövlüyünü hamıdan çox azərbaycanlılar qoruyur.

İran azərbaycanlılarının bir-birini əvəz edən hakimiyyətlərlə davası haqq-hüquq, ədalət, dil-məktəb, rifah-inkişaf davasıdır.

Hətta İrandakı repressiyalardan qaçıb Avropaya sığınmış soydaşlarımız da “o taylı-bu taylı Azərbaycan”dan söhbət düşəndə İranın təəssübünü çəkirlər. Onların çoxu paytaxtı Təbriz olmaqla ayrıca bir dövlət qurmaq niyyətindən uzaqdırlar.

Onlara görə, İranın paytaxtı Tehran olmalıdır, bu ölkədə yaşayan azərbaycanlılar – Səfəvi, Əfşar, Qacar xanədanlıqlarının varisləri hakim mövqeyə gəlməli, İranı özləri idarə etməlidirlər.

Tehran və Təbrizdəki azərbaycanlılar Bakıya bizim Gəncəyə, Şəkiyə, Qubaya baxdığımız kimi baxırlar. Necə biz bu şəhərləri öz əyalət mərkəzlərimiz hesab edirik, İranda da Bakını , nə qədər inkişaf etmiş meqapolis olsa da, İranın əyalət şəhəri kimi görmək istəyirlər.

Ona görə də “o tayla bu tay birləşsin” eyforiyasına ağıl-kamalla, soyuq başla qiymət vermək lazımdır.
40 il öncə Yuqoslaviya kinematoqrafçılarının çəkdiyi bir film var. O filmdə göl kənarında yaşayan kəndin camaatı bir az geniş torpaq sahəsi əldə etmək üçün təşəbbüs qaldırırlar ki, göl ilə dənizin arasındakı dağ zolağını dəlsinlər, göl axıb dənizə tökülsün, kəndin torpağı genişlənsin. Elə də edirlər. Nəticədə dəniz axıb gölə tökülür, üstəlik, kəndin yerdə qalan torpağını altına alır.

İndi biz də “Quzey və Güney Azərbaycanın birləşməsi” arzusunu dilə gətirərkən və onu reallaşdırmağa çalışarkən o günə düşməyək. Bu ideyaya heç İranda da pis baxmırlar, günü bu gün istərlər ki, hər iki Azərbaycan birləşsin və Tehrandan idarə olunsun. Bu, bizə uyğundurmu? Bunu istəyirikmi?

Xeyr. Bu məsələyə bizim baxışımızla İrandakı siyasi azərbaycanlıların baxışları arasında böyük fərq var.
Söhbət iki qonşu, iki qardaş dövlətin dinc, yanaşı yaşamasından, hərtərəfli siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrinin inkişafından getməlidir. İki heçi-köçü ayrı dövlət kimi yaşamaq daha üstündür.
Avropada bir neçə cırtdan dövlət var. Bəziləri bizim hansısa mahalımız, bəziləri də ən kiçik rayonumuz boydadır. Amma Avropanın böyük dövlətləri onları özlərinə birləşdirib rayona, əyalətə çevirmək istəmir. Nə almanlar Lixtenşteynə, nə fransızlar Lüksemburqa, Monakoya, nə italyanlar San-Marinoya iddia irəli sürmürlər.

Bacardıqca böyük dövlət, mümkün olarsa, imperiya qurmaq niyyəti əsasən Şərqə məxsusdur. Bu arealda kiçik dövlətlərin mövcudluğuna təhəmmül etmirlər. Hələ yaxşı ki, kiçik ərəb dövlətləri (BƏƏ, Qətər, Oman, Küveyt) özlərini qoruyub saxlaya bilirlər. Qarantorları olmasa, kim bilir, başlarına nə gələrdi. İraq 1990-cı ildə Küveyti bir neçə saatın içində qamarlamamışdımı?

Uzun sözün kəsəsi, bu saatdan sonra hansısa böyük dövlətin içində olmaq, başqa paytaxt aramaq bizə uyğun deyil. İstənilən qonşu dövlətlə mehriban dost-qardaş olaq, amma nə kiməsə biləşək, nə kimisə özümüzə birləşdirək. Müstəqil dövlətlərdən ibarət “qardaşlıq bloku”nda təmsil olunmaq isə məqbuldur və başqa məsələdir.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qlobal bilik indeksində Azərbaycanın 100-cü yeri

Next

İrəvan öz “dilini kəsən” sənədə imza atıb

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv