Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Məleykə Abbaszadəyə gedən 10 mindən çox şikayət – səbəblər

By Vüsal Rafiqoğlu
06.05.2025 3 Min Read

Kamran Əsədov: “DİM bu səhvlərə görə heç bir məsuliyyət daşımır və sistem cəzasızlıq mühitində fəaliyyətini davam etdirir”

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apelyasiya müraciəti edib (Modern.az). Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir.

Qeyd edək ki, apelyasiya baxışından sonra abituriyentlərin ballarındakı dəyişiklik may ayının sonunadək sistemdə görünəcək. İmtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apelyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada, DİM-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet vasitəsilə həyata keçirilir. Açıq tipli suallar üzrə müraciətlər zamanı apelyasiya komissiyası ilə üzbəüz görüş də mümkündür. Belə hallarda iştirakçıya dəqiq vaxt və tarix bildirilir.

Apelyasiya müraciəti cavab vərəqində iştirakçının cavabı qiymətləndirilməyibsə, avtomatik yoxlamada texniki səhvə yol verildiyi ehtimal olunursa və açıq tipli sualların (inşa, esse və s.) qiymətləndirilməsi ilə razılaşılmırsa, əsaslı hesab olunur. Müraciət zamanı konkret suallar və iştirakçının nəyə görə həmin qiymətləndirmə ilə razılaşmadığı aydın şəkildə əsaslandırılmalıdır.

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2025-ci ilin martında keçirilmiş buraxılış imtahanlarından sonra 11-ci sinif şagirdlərindən 10.981 nəfərin Dövlət İmtahan Mərkəzinə apelyasiya müraciəti etməsi imtahan sistemində dərin struktur problemlərin mövcudluğunu göstərir: “Bu rəqəm təkcə bir idarəyə edilən texniki müraciət deyil, bu rəqəm ictimai narazılığın, təhsil sisteminə və qiymətləndirmə mexanizminə olan inamsızlığın real göstəricisidir. Halbuki buraxılış imtahanları yalnız məktəb bitirmək üçün yox, eyni zamanda ali təhsil müəssisəsinə qəbulun ilkin mərhələsi kimi vacib rol oynayır və burada verilən qiymət şagirdin gələcək həyatına birbaşa təsir edir. Dövlət İmtahan Mərkəzinin fəaliyyəti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 26) və “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənən qiymətləndirmə prinsipinə əsaslanmalıdır: şəffaflıq, obyektivlik və hesabatlılıq. Amma apelyasiya ilə bağlı müraciətlərin sayındakı anormal artım bu prinsiplərin ciddi şəkildə pozulduğunu göstərir”.

K.Əsədov dedi ki, apelyasiya prosesi, mövcud qaydalara əsasən, vətəndaşın hüquqlarını müdafiə vasitəsidir: “Lakin bu hüququn icrası yalnız formal mərhələyə çevrilibsə və müraciət edən şagird dinlənmirsə, bu, hüququn inkarıdır. 2020-ci ilədək tətbiq edilən video və ya telefon vasitəsilə apelyasiya prosesi daha şəffaf və qarşılıqlı etimada əsaslanırdı. 2025-ci ildə isə bu praktika ləğv olunub, indi müraciət edən şagird və ya valideyn dinlənilmir, onun fikri nəzərə alınmadan, anonim ekspert qrupu yekun qərar verir”.

Ekspert hesab edir ki, müsbət tərəf ondan ibarət ola bilər ki, DİM-in vahid imtahan mərkəzi olması bəzi hallarda kənar müdaxilələrin qarşısını alır, standartlaşdırılmış sual bazası və texnoloji sistemlər vasitəsilə geniş miqyaslı imtahanları bir gündə və vahid prosedurla həyata keçirmək mümkündür: “Bu, əvvəllər yerli icra hakimiyyətləri vasitəsilə keçirilən imtahanlardakı xaotik vəziyyətə nisbətən müəyyən sabitlik yaradıb. Lakin bu texniki üstünlüklər artıq sosial etimadı təmin etmək üçün yetərli deyil. Mənfi cəhətlər isə daha dərindir. DİM-in qiymətləndirmə mexanizmi çox zaman insan faktorundan asılıdır. Yoxlayıcıların hazırlıq səviyyəsi, fərdi qərəz, təlimat boşluqları və subyektiv yanaşma nəticələrin obyektivliyinə zərbə vurur. Daha dəhşətlisi isə odur ki, apelyasiya nəticəsində bəzən 200 bal almış şagirdin balı 300-ə qalxır. Bu, təkcə qiymətləndirmə deyil, sistemin səhv qərar verdiyini sübut edir. DİM bu səhvlərə görə heç bir məsuliyyət daşımır, ictimaiyyətə izahat verilmir, səhv edən ekspertin adı açıqlanmır və nəticə olaraq sistem cəzasızlıq mühitində fəaliyyətini davam etdirir”.

Onun sözlərinə görə, dünya təcrübəsində belə yanaşma qəbuledilməzdir: “Məsələn, Böyük Britaniyada GCSE və A-level imtahanlarının nəticəsinə etiraz edildikdə şagirdin işinə baxan ekspert dəyişdirilir və ikinci rəyin nəticəsi əsas götürülür. Almaniyada imtahan nəticələrinə etiraz proseduru məcburi yazılı izahatla müşahidə olunur və tələbənin iştirakı ilə şəffaf araşdırma aparılır. Bu sistemlərdə əsas prinsip budur: qiymətləndirmədə şübhə varsa, vətəndaşın müdafiə hüququ təmin olunmalıdır. Azərbaycanın imtahan sistemində isə artıq şagirdlər təkcə imtahana deyil, eyni zamanda sistemə qarşı psixoloji mübarizə aparırlar. Müəyyən bir səhvə görə şagirdin bütün gələcəyi risk altına girir, lakin DİM-in etdiyi səhv “texniki anlaşılmazlıq” adı ilə bağlanır. Bu, ictimai ədalət prinsiplərinə ziddir”.

K.Əsədovun fikrincə, əgər bu gedişat davam edərsə, təhsil sisteminə etimad sarsılacaq, daha çox valideyn və şagird özünü repetitorluq sisteminə təslim edəcək, məktəbin, müəllimin nüfuzu daha da aşağı düşəcək: “Düşünürəm ki, DİM-in hüquqi statusuna yenidən baxılmalı, qiymətləndirmə və apelyasiya prosesi demokratikləşdirilməli, ictimai nəzarət və hesabatlılıq artırılmalı, müstəqil monitorinq orqanı yaradılmalıdır. Apelyasiya prosesi açıq və iştiraklı modelə keçməli, şagirdin müdafiə hüququ təmin edilməlidir. Və ən vacibi – səhv edən ekspert və qurum cavabdeh olmalıdır. Əgər bu dəyişikliklər baş verməzsə, DİM təkcə imtahan keçirən qurum deyil, həm də sosial ədalətsizliyin simvoluna çevriləcək. Təhsildə ədalət və inamın bərpası üçün bu qurumda fundamental islahatlara ehtiyac var. Bu, sadəcə, texniki məsələ deyil, milli inkişafın, gənc nəslin gələcəyinə verilən qiymətin göstəricisidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qərbdən insanlıq əleyhinə cinayət törədənlərə dəstək

Next

Samir Şərifov Suriyada – tarixi səfərdə əsas hədəf və gözlənti

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv