Cəmiyyət 

Üç əsrin şahidi: Qubadakı tarixi körpünü özəl edən səbəblər nələrdir?

XIX əsrdə Quba qəzasında 7 körpü olub. Onlardan yalnız biri – Tağlı körpü bu günə qədər qorunub saxlanılıb.

3 əsrə şahidlik edən, Qudyalçay üzərində inşa edilən tikili Quba şəhərinin mərkəzi ilə Qırmızı qəsəbəni birləşdirir.

Tarixçi Rüfət Mürsəlovun sözlərinə görə, ilk dəfə taxtadan tikilən körpü zamanla sıradan çıxıb və 1894-cü ildə yenidən inşa edilib.

“14 dirəkdən ibarət Tağlı körpü 2012-ci ildən bəri nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Hazırda yalnız piyadaların, əsasən də turistlərin istifadəsinə verilib”, – deyə tarixçi qeyd edib.(oxu.az)

Daha ətraflı Baku TV-nin süjetində:

Daha çox xəbərlər