Dünya 

Türkiyədə qanlı insident: 3 nəfəri güllələyib qaçdı

Türkiyənin İzmir vilayətində davaya çevrilən mübahisə nəticəsində 3 nəfər yaralanıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, dava zamanı naməlum şəxs ov tüfəngindən atəş açıb.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Polis hadisə yerindən qaçan şübhəli bilinən şəxsin tutulması üçün araşdırma aparır.

Daha çox xəbərlər