Cəmiyyət 

Azərbaycanın bu il kakao ixracından qazancı 28 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 63,965 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Hesabat dövründə Azərbaycandan həmçinin 5,328 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 27,8 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,64 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 % çoxdur. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.

Daha çox xəbərlər